Zəmanət fondu kredit faizlərinin bir hissəsini ödəyəcək - AÇIQLAMA
Prezident İlham Əliyev Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 15 sentyabr 2017-ci il tarixində imzaladığı Fərmanla Azərbaycan Respublikasının Kredit Zəmanət Fondunu yaradıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) eksperti Ayaz Çaparlı "Marja"ya bildirib ki, “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC sahibkarların kommersiya banklarından milli valyuta ilə aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdıran hüquqi şəxs kimi çıxış edəcək:
“Bu tədbir “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapmış islahatlardan biridir.”
Ayaz Çaparlı hesab edir ki, Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi və əks-dollarlaşmanın stimullaşdırılmasına nail olmaq üçün mühüm bir addımdır.
“Fond maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, habelə sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətlərindən istifadənin yaxşılaşdırılmasını təmin edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun artırılmasına, ev təsərrüfatlarının istehlak imkanlarının genişlənməsinə və gəlir bərabərsizliyinin aradan qaldırılmasına əlavə dəstək verə bilər.”
Qeyd edək ki, Prezidentin imzaladığı Fərmana əsasən yaradılan Fondun Nizamnaməsinin layihəsini, nizamnamə kapitalının miqdarını, o cümlədən də sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminatın verilməsi qaydasının layihəsini hazırlamaq dövlət və özəl sektorun nümayəndələrindən ibarət olan İşçi Qrupa tapşırılıb.
Özəl sektor İşçi Qrupunda aparıcı kommersiya banklarının və qabaqcıl audit şirkətlərinin nümayəndələri ilə təmsil olunacaq.
Bundan əlavə, Cəmiyyətin Müşahidə Şurası dövlətin iqtisadi-maliyyə qurumlarının nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Azərbaycan Banklar Assosiasiyasının nümayəndələrindən formalaşacaq. İİTKM-nin analitiki deyir ki, bununla da, maraqlı tərəflərin iştirakı təmin edilir və Kredit Zəmanət Fondunun fəaliyyətinin açıqlıq, hesabatlılıq və şəffaflıq prinsiplərinin üstündə qurulması təmin olunur.
Fərmana əsasən Fondun İdarə Heyətinin sədrinin və sədr müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
10 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)
.jpg)










.jpg)




