AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) donanmanın uzunmüddətli modernləşdirmə strategiyası çərçivəsində yeni “Airbus A320neo” tipli sərnişin təyyarəsini hava gəmiləri parkına əlavə edib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Marja-ya bildirilib ki,yeni təyyarə sərnişinlərin rahatlığını ən yüksək səviyyədə təmin etməklə yanaşı, aviaşirkətin əməliyyat səmərəliliyini artıracaq və ətraf mühitə təsirini azaldacaq.
Müasir salon və komfortlu uçuş
Yeni “Airbus A320neo” təyyarəsi sərnişinlərin rahatlığını təmin edən müasir interyer və geniş imkanlarla təchiz olunub. Təyyarə göyərtəsində xoş və komfortlu mühit yaradılaraq həm biznes, həm də ekonom sinif sərnişinləri üçün rahat səyahət şəraiti təqdim olunur. Uçuş zamanı sərnişinlər müxtəlif əyləncə imkanlarından istifadə edə, vaxtlarını daha səmərəli keçirə bilərlər.
Yeni təyyarənin əsas üstünlüklərindən biri sürətli internet xidmətidir. Biznes sinifi sərnişinləri və “AZAL Miles” proqramının müəyyən statuslu üzvləri Wi-Fi xidmətindən pulsuz yararlana biləcəklər.
Strateji addım
Yeni “Airbus A320neo” təyyarəsinin istifadəyə verilməsi AZAL üçün mühüm mərhələdir. Bu təyyarələr əməliyyat xərclərinin optimallaşdırılmasına, şirkətin regional bazardakı mövqelərinin möhkəmlənməsinə və Bakının Avropa ilə Asiya arasında hava qovşağı rolunun güclənməsinə xidmət edəcək.
“Təyyarə parkının modernləşdirilməsi strategiyamızın əsas istiqamətlərindəndir. “Airbus A320neo” sərnişinlərimizə daha yüksək rahatlıq və xidmət səviyyəsi təqdim etməklə yanaşı, reyslərimizin ekoloji baxımdan daha səmərəli həyata keçirilməsinə şərait yaradacaq,” – deyə AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib.
Qeyd edək ki, təyyarə parkının modernləşdirilməsi proqramı çərçivəsində AZAL oktyabr ayının əvvəlində daha bir yeni “Airbus A320neo” təyyarəsini donanmasına əlavə edəcək. Ümumilikdə aviaşirkət 2032-ci ilə qədər 30-dan çox yeni təyyarəni istismara verməyi planlaşdırıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 48 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
4 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















