Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
Çin texnologiya nəhəngi Alibaba Group Holding, süni intellekt (AI) sahəsindəki investisiyalarını ilkin 50 milyard dollarlıq hədəfinin üzərinə çıxarmaq planlarını açıqladıqdan sonra, şirkətin səhmələri 2021-ci ilin noyabrından bu yana ən yüksək səviyyəyə çatıb.
Marja xəbər verir ki, Alibaba-nın İcraçı direktoru Eddie Wu, qlobal miqyasda süni intellekt yatırımlarının növbəti beş il ərzində 4 trilyon dollara çatacağını proqnozlaşdırır və şirkətin bu tempə uyğun hərəkət etməsinin vacibliyini vurğulayıb.
Wu fevral ayında, gələn üç il ərzində AI modelləri ilə şirkətin infrastrukturunu təkmilləşdirmək üçün 380 milyard yuan (təxminən 53 milyard dollar) həcmində planlarını genişləndirəcəyini açıqlamışdı. Çərşənbə günü Hangzhouda keçirilən konfransda isə Wu bildirib: “Sektorun böyümə sürəti gözləntilərimizi xeyli üstələyir. AI infrastrukturuna olan tələbat da proqnozlarımızdan yüksəkdir. Buna görə 380 milyard yuanlıq AI yatırımı aktiv şəkildə davam etdirilir və əlavə investisiyalar planlaşdırılır.”
Bu açıqlamalardan sonra Alibaba səhmələri Honq Konq birjasında 7,2% yüksəlib. Çinli çip istehsalçılarından ACM Research (Shanghai) 15%, NAURA Technology Group isə 10% dəyər qazanıb.
Süni İntellekt İnvestisiyalarında Artım
Huawei Technologies və Tencent Holdings kimi Çin texnologiya nəhəngləri də süni intellekt sahəsinə rekord səviyyədə investisiya qoyur. Bu şirkətlər, iqtisadiyyatı dönüştürmə potensialı daşıyan texnologiyanı inkişaf etdirmək və yaymaq üçün OpenAI və Meta kimi Amerikan rəqiblərinin investisiya yarışına qatılırlar.
Bloomberg Intelligence məlumatlarına görə, yalnız 2025-ci ildə Alibaba, Tencent, Baidu və JD.com-un süni intellekt infrastrukturu və xidmətlərinə yönələn ümumi kapital xərcləri 32 milyard dolları keçə bilər. Bu rəqəm, 2023-cü ildəki təxminən 13 milyard dollarlıq səviyyə ilə müqayisədə ciddi artımı göstərir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 38 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb























