Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün Almaniyada statistik göstəricilərin proqnozların altında açıqlanması fonunda avro dollar və funt sterlinq qarşısında ucuzlaşdı. Çərşənbə günü FED sədri Cerom Pauellin çıxışından sonra EUR/USD valyuta cütlüyündə başlayan eniş tendensiyası davam etdi və məzənnə 1.18190 səviyyəsindən 1.17290 səviyyəsinə qədər gerilədi. EUR/GBP cütlüyü isə 0.87450 həddindən 0.87230 həddinə kimi ucuzlaşdı.
Qızıl tarixi maksimumları yenilədikdən sonra bir qədər zəifləyib. Belə ki, sarı metal dünən 3779$-dan 3718$-a qədər dəyər itirib. Lakin bu gün səhər saatlarında bir qədər bahalaşan dəyərli metal hazırda 3737$ səviyyəsində ticarət olunur. “Brent” markalı neftin qiyməti isə ABŞ-da kommersiya məqsədli neft ehtiyatların həcminə dair məlumatların açıqlanmasından sonra 3 sentyabr 2025-ci il tarixindən bəri ilk dəfə 69.10$ həddinə kimi artıb.
Çərşənbə axşamı Almaniyada dərc olunan məlumatlara əsasən, ölkədə Biznes Mühiti İndeksi avqustdakı 88.9 bənddən 87.7 bəndə enib. Analitiklər isə indeksin 89.3 bəndədək artacağını proqnozlaşdırırdılar. Almaniyanın Cari Qiymətləndirilməsi İndeksi sentyabrda 86.4 bənddən 85.7 bəndə, Biznes Gözləntiləri İndeksi isə 91.4 bənddən 89.7 bəndədək zəifləyib. Proqnozlar müvafiq olaraq 86.5 bənd və 92 bənd təşkil edirdi.
Həmçinin, ABŞ-da avqust ayında Yeni Mənzil Satışlarının Həcmi əvvəlki aya nisbətən 20.5% artıb. İllik ifadədə yeni mənzil satışları 15.4% artaraq 800 min təşkil edib. Proqnoz 650 min mənzil idi. Yenilənmiş məlumatlara görə, iyul ayında 652 min deyil 664 min mənzil satılıb.
Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Piero Çipollone çərşənbə günü bildirib ki, hazırkı faiz dərəcələri səviyyəsi əsaslandırılıb. O qeyd edib ki, Avrozonada inflyasiya ümumilikdə sabitləşib və iqtisadiyyat dayanıqlılıq nümayiş etdirir.
Böyük Britaniya Mərkəzi Bankının sədri Endryu Beyli isə bəyan edib ki, İngiltərə Bankı (BoE) hələ faiz dərəcələrinin azaldılmasını tam başa çatdırmayıb. Onun sözlərinə görə, tənzimləyicinin siyasəti hələ də məhdudlaşdırıcı xarakter daşıyır. Beyli həmçinin vurğulayıb ki, Böyük Britaniyada istehlakçılar xərclərində getdikcə daha çox ehtiyatlı davranırlar ki, bu da, iqtisadi artımı məhdudlaşdırır.
Bu gün investorların diqqət mərkəzində ABŞ-da dərc olunacaq ÜDM göstəriciləridir. Əlavə olaraq İsveçrə Milli Bankının faiz dərəcəsi ilə bağlı qərarı və Amerikada açıqlanacaq Təkrar Daşınmaz Əmlak Bazarında Satış Həcmi bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
2 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
2 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
3 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
3 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
4 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza





















