Bank sektorunda son vəziyyət
Azərbaycan Mərkəzi Bankı bank sektoru barədə 8 aylıq maliyyə nəticələrini açıqlayıb. Marja.az Mərkəzi Banka istinadən məlumatı təqdim edir.
Bank sektoru
31 avqust 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 498, şöbələrinin sayı 87, ATM-lərin sayı 3 min 379 olmuşdur. İlin əvvəlindən bank sektorunda çalışanların sayı 5.4% və ya 1372 nəfər artaraq 26 min 735 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 55 milyard 672.4 milyon manat, cəmi öhdəlikləri 48 milyard 595.3 milyon manat, balans kapitalı 7 milyard 77.1 milyon manat olmuşdur.
Hesabat ayında bankların kredit portfeli 0.7% və ya 206.7 milyon manat artaraq 28 milyard 704.9 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 52.6% (15 milyard 91.8 milyon manat);
ıı) istehlak kreditləri – 31.7% (9 milyard 114.5 milyon manat)
ııı) ipoteka kreditləri – 15.7% (4 milyard 498.6 milyon manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.1%-i və ya 36 milyard 517.8 milyon manat. Depozit portfelinin 58.7%-i (21 milyard 431.8 milyon manat) hüquqi şəxslərin, 41.3%-i (15 milyard 86 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 67.3%-i (10 milyard 149.5 milyon manat) milli valyutada, 32.7%-i (4 milyard 936.5 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.4%-i (9 milyard 560.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri avqust ayında 0.4% və ya 40.9 milyon manat artmışdır.
2025-ci ilin avqust ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.3% (3 min 949 əmanətçi), ilin əvvəlindən isə 18% (27 min 132 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 170.1 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.4%-ni təşkil etmişdir.
2025-ci ilin yanvar - avqust aylarında banklar 774.3 milyon manat xalis mənfəət, 1 milyard 187.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 8 ayında banklar tərəfindən ümumilikdə 187.9 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin avqust ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0.4% artaraq 36 milyard 806.2 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 178.1 milyon manat artaraq 2 milyard 763.6 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 216 min ədəd artaraq 21 milyon 129 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 17% artmış, kredit kartlarının sayı isə 7% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20% artmışdır. 2025-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 172 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 153 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 15 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.3%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 8.3%, POS-terminalların sayı 50.7% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir
-
-
8 saat əvvəl
SEPAH Körfəzdə İsrailə məxsus neft tankerini vurduğunu iddia edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
Vakansiyaların 50%-dən çoxu cəmi 4 sahə üzrədir, əməkhaqqı şəffaflığı aşağı səviyyədədir - HESABAT
-
9 saat əvvəl
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və Misirin Dövlət Neft Korporasiyası müqavilə imzaladı
-
10 saat əvvəl
Leysan yağışlarından ildə cəmi 99 AZN ödəməklə zərərsiz çıxmaq mümkündür. Necə?
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Az əvvəl İranda yeni rejimin prezidenti ABŞ-dan atəşkəs istədi. Hörmüz boğazı açılarsa, atəşkəsi qiymətləndirəcəyik"
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir
Əraqçi: İran atəşkəsi qəbul etmir
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycan Avropa ölkəsinə karbamid ixracını kəskin artırıb
İki qlobal brend bir arada: 1 qərar, 2 şedevr!
Ən çox oxunanlar
SOCAR və Misirin Dövlət Neft Korporasiyası müqavilə imzaladı
Tramp ABŞ-ı NATO-dan çıxara biləcəyini deyib
İranın ən böyük polad istehsalı kompleksinə hava hücumu olub, bəzi hissələr dağıdılıb
Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək










.webp)


.jpg)







