Ən yuxarı (mobil)-2_30

Qlobal bankdan "qızıl daha da bahalaşa bilər" proqnozu

"Goldman Sachs" qızıl bazarında qiymət artım gözləntilərini yüksəldib. Bankın analitikləri, fərdi investorların güclü marağı nəticəsində qiymətli metalın qiymətinin mövcud proqnozları da aşa biləcəyini qeyd ediblər. Maliyyə nəhənginin 2026-cı ilin ortası üçün 4 000 dollar, 2025-ci ilin sonu üçün isə 4 300 dollar qiymət proqnozu mövcuddur. Lakin investorların portfellərində qızıla daha çox yer ayırması halında qiymətlərin daha yüksək səviyyələrə qalxacağı ehtimal olunur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bankdan "qızıl daha da bahalaşa bilər" proqnozu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal investisiya bankı "Goldman Sachs" qızılın qiymətinin proqnozlarından daha yüksək səviyyələrə qalxa biləcəyini açıqlayıb.

Marja.az xəbər verir ki, Bank, fərdi investorların artan marağını əsas gətirərək, qiymətli metalın qiymətinin əvvəlki proqnozlarını belə üstələyə biləcəyini qeyd edib.

Uzun müddətdir qızıl barədə nikbin mövqedə olan "Goldman Sachs"ın analitikləri, qızıla əsaslanan birja investisiya fondlarına (ETF) son aylarda gözləniləndən daha güclü kapital axını olduğunu bildirirlər. Bu tendensiya nəticəsində qızılın qiyməti bankın 2026-cı ilin ortaları üçün 1 unsiya üçün 4 000 dollar, gələn ilin sonu üçün isə 4 300 dollar proqnozlarından daha yüksək səviyyələrə qalxa bilər.

Bank bir ay əvvəlki hesabatında da qeyd etmişdi ki, təkcə ABŞ Xəzinədarlıq istiqrazlarının fərdi investorların əlindəki payının cəmi 1%-i belə qızıla yönəlsə, qiymətin 5000 dollara yaxınlaşması mümkündür.

Qızıl 29 avqustdan bəri 12% bahalaşaraq uzun müddət dar kolidorda qaldığı 3200–3450 dollar aralığını geridə qoyub. Hazırda qızılın unsiyası 3863 dollar səviyyələrində ticarət olunur. Analitiklərin fikrincə, qiymətlərin yüksəlişinə təsir edən əsas amillərdən biri yay aylarında səngiyən mərkəzi bank alışlarının yenidən sürətlənməsi ehtimalıdır.  

Hazırda qızıl ilin ən yaxşı performans göstərən əsas əmtələrdən biri kimi önə çıxır. 2025-ci ilin əvvəlindən bu yana qiymətlər təxminən 50% artıb. Bu sürətli bahalşmanı həm mərkəzi bankların koordinasiyalı alışları, həm də ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimlərinə qayıtması dəstəkləyib.

İş elanları AzVak.az-da

qızıl Goldman Sachs qızıl qiyməti qızıl proqnozu qızıl bazarı qiymətli metal investorlar mərkəzi bank ABŞ Federal Ehtiyat Sistemi faiz endirimi
02.10.2025 08:52

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18