“Bahar” və “Qum-dəniz” yataqları yenidən işlənəcək - SOCAR və SLB şirkəti sənəd imzaladı
SOCAR ilə SLB şirkəti arasında “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə əməkdaşlıq sənədi imzalanıbSOCAR ilə SLB şirkəti arasında Xəzər dənizindəki “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq barədə sənəd imzalanıb.
Marja SOCAR-a istinadən xəbər verir ki, bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyənləşdirilməsinə, hərtərəfli rezervuar modelləşdirməsinin işlənib hazırlanmasına və bu yataqlarda Erkən Hasilat Sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.
"Layihə SOCAR-ın neft hasilatını artırmaq və yetkin dəniz aktivlərinin istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasında mühüm rol oynayacaq. Bu təşəbbüs əməliyyat səmərəliliyini və davamlılığı təmin etməklə yanaşı, hasilatı sürətləndirəcək praktik inkişaf ssenarilərini hazırlamaq məqsədi daşıyır",- məlumatda bildirilir.
İmzalanma mərasimində çıxış edən SOCAR-ın İşlənmə və Hasilat Əməliyyatları seqmenti üzrə vitse-prezidenti Babək Hüseynov SOCAR ilə SLB arasındakı uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. Layihənin qabaqcıl üsullardan istifadə etməklə yetkin yataqlarda hasilatı optimallaşdırmaq istiqamətində atılan mühüm addım olduğunu söyləyən vitse-prezident “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən qurulmasının növbəti mərhələlərinin texniki əsasının qoyulacağına inamını ifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























