Azercell Amazon ilə tərəfdaşlıq qurur
Rəqəmsal transformasiya strategiyasının bir hissəsi olaraq, Azercell qlobal Amazon Partnyorlar Şəbəkəsinə (Amazon Partner Network) rəsmi şəkildə qoşularaq müvafiq sertifikasiyanı əldə edib.7 oktyabr tarixində Azercell və AWS (Amazon Web Services) nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əməkdaşlığın inkişafı və yeni istiqamətlərin müəyyən edilməsi müzakirə olunub.
Görüş zamanı əsas diqqət yerli süni intellekt həllərinin inkişafı, infrastruktur layihələri, o cümlədən Direct Connect (xüsusi şəbəkə bağlantısı xidməti) və digər texnoloji istiqamətlərə yönəldilib.
Amazon rəqəmsal transformasiya proseslərinin dəstəklənməsinə, rəqəmsal bazarın inkişafına, yeni tərəfdaşların cəlb olunmasına və innovasiyaların təşviqinə hazır olduğunu vurğulayıb. Müzakirələr zamanı xüsusi diqqət kibertəhlükəsizliyin gücləndirilməsi, texnologiya sahəsində ixtisaslı kadrların hazırlanması, İKT sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi və milli süni intellekt strategiyasının həyata keçirilməsi təşəbbüslərinə yönəldilib.
Görüşlər çərçivəsində kibertəhlükəsizlik, süni intellekt strategiyası və innovativ texnologiyalar mövzularında xüsusi sessiyalar da təşkil olunub.
Bu tərəfdaşlıq ölkənin milli rəqəmsal ekosisteminin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Amazon Web Services dünyanın ən geniş və qlobal miqyasda ən böyük şəbəkəsinə malikdir. Şirkətin infrastrukturu unikal şəkildə qurulub və istər bulud mühitində, istərsə də lokal və ya kənar platformalarda fəaliyyət göstərən tətbiqlər üçün misilsiz miqyaslanma, performans və etibarlılıq təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)








.jpg)




