Azərbaycan şirkəti Özbəkistanda konserv zavodu tikəcək
2025-ci il oktyabrın 15-də Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət nazirinin müavini Xurram Təşəbəyov Azərbaycanın "NB Holding" şirkətinin idarə heyətinin sədr müavini Vüqar Əlipaşayev ilə görüşüb.
Marja.az Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Özbəkistanda konserv məhsulları istehsalı layihəsinin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Xüsusi diqqət zavodun yerləşdirilməsi üçün torpaq sahələrinin seçimi, layihələndirmə və infrastruktur təminatı, eləcə də dövlət tərəfindən göstərilən dəstək tədbirlərinə yönəldilib.
Görüşün yekununda tərəflər razılaşdırılmış təşəbbüslərin operativ və keyfiyyətli həyata keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər və sənaye əməkdaşlığının yeni istiqamətlərini inkişaf etdirmək niyyətlərini bildiriblər.
Qeyd edək ki, “NB Qrup” ASC ("NB HOLDİNQ" ASC) Azərbaycan kimya sənayesi sahəsində fəaliyyət göstərir. Şirkət inşaat malları kateqoriyasından boya məhsulları, sement və gips əsaslı inşaat qarışıqlarının, alkid, polimer kimi sənaye əhəmiyyətli yarım məhsulların, kimyəvi məişət məhsulları seriyasından isə qatı və maye sabun, təmizləyici vasitələr, plastik və metal qabların istehsalını həyata keçirir.
2024-cü ildə “NB Qrup” ASC-nin əsas əməliyyat gəliri 75 milyon 675 min manat, xalis mənfəəti 1 milyon 906 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























