BYD-dən tarixində ən böyük geri çağırma qərarı
Çinin avtomobil istehsalçısı BYD, 2015–2022-ci illərdə istehsal edilmiş 115 mindən çox Tang və Yuan Pro modellərini təhlükəsizlik səbəbləri ilə geri çağıracağını açıqlayıb.Çinin avtomobil istehsalçısı BYD təhlükəsizlik problemləri səbəbindən Tang və Yuan Pro seriyasına aid 115 mindən çox avtomobili geri çağıracağını açıqlayıb.
Marja xəbər verir ki, bu barədə məlumatı Çin Dövlət Bazar Tənzimləmə İdarəsi (SAMR) verib.
SAMR bildirir ki, BYD Tang seriyasına aid 44 535 avtomobili (istehsal tarixləri: 28 mart 2015 – 28 iyul 2017) idarəedici motor nəzarətçisində yarana biləcək nasazlıqlara görə geri çağıracaq.
Bundan əlavə, BYD Yuan Pro tam elektrikli avtomobillərdən 71 248 ədədini (istehsal tarixləri: 6 fevral 2021 – 5 avqust 2022) akkumulyatoru zədələyə biləcək düzgün quraşdırılmamış batareya contaları səbəbindən geri çağıracaq. Yanlış quraşdırılmış contalar batareyanın təhlükəsizliyini riskə ata bilər.
SAMR qeyd edib ki, geri çağırmalar potensial təhlükəsizlik riskləri ilə əlaqədardır və bu addım tənzimləyici orqanın apardığı araşdırmanın nəticəsidir.
Qeyd edək ki, bu, BYD-nin sentyabr 2024-cü ildən bəri ilk böyük geri çağırmasıdır. Həmin vaxt şirkət Dolphin və Yuan Plus EV modellərindən təxminən 97 min avtomobili sükan idarəetmə vahidi ilə bağlı nasazlıqlar səbəbindən geri çağırmışdı.
Bu xəbərdən sonra BYD-nin səhmləri Honq Konq birjasında 1,4% ucuzlaşıb, bu isə Hang Seng indeksindəki ümumi düşüşlə üst-üstə düşüb.
BYD, 2024-cü ildə ABŞ-lı rəqibi Tesla-nı geridə qoyaraq dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)






