Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

EY İlin İş Adamı 2026 müsabiqəsinə ərizə qəbulu başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
EY İlin İş Adamı 2026 müsabiqəsinə ərizə qəbulu başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı”  proqramında iştirak üçün ərizələrin qəbulu 30 dekabr 2025-ci il tarixinədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar qeydiyyat ərizələrini www.eoy.az saytına keçid edərək doldura bilərlər.

40 ilə yaxındır ki, təsis edilmiş “EY İlin İş Adamı” proqramı öz cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yaxşılaşdıran, daim innovasiyalara imza atan, yeni iş yerləri yaradan və fəaliyyət göstərdikləri sahələri təkmilləşdirən uğurlu sahibkarların nailiyyətlərini tanıyır.

Azərbaycanda “EY İlin İş adamı” müsabiqəsi ABB-nın baş sponsorluğu və bp şirkətinin dəyərli sponsorluq dəstəyi ilə yeddinci ildir ki, keçirilir. Proqram azərbaycanlı iş adamlarının sahibkarlıq nailiyyətlərinin tanıdılması məqsədini daşıyır. 2019-cu ildən etibarən müsabiqədə iştirak etmiş 70-dən çox sahibkar işgüzar əlaqələri genişləndirmək, biznesin inkişafı üçün yeni ideyalar əldə etmək və nüfuzlu sahibkarlar cəmiyyətinə qoşulmaq imkanı əldə ediblər. Müsabiqənin əsas məqsədi sahibkarlığın inkişafını təşviq etmək, iş adamlarının uğur hekayələrini bölüşməkvə onların beynəlxalq biznes şəbəkəsinə çıxış əldə etmələrinə dəstək verməkdir.

“EY İlin İş Adamı” müsabiqəsində iştirak etmək üçün şərtlər:

Namizədlər aşağıdakı meyarlara cavab verməlidirlər:

  • Namizəd şirkətin ideya müəllifi və əsas maliyyə investoru olmalıdır (ailə biznesini davam etdirən şəxslər müsabiqədə iştirak  edə bilməzlər);
  • Namizədin şirkətdəki payı ən azı 20% təşkil etməlidir;
  • Son iki ildə şirkətin dövriyyəsi ən azı bir maliyyə ili üzrə 300,000 AZN – 30 milyon AZN aralığında olmalıdır;
  • Şirkət ən azı iki il fəaliyyət göstərməlidir;
  • Şirkətin ən azı beş rəsmi qeydiyyata alınmış işçisi olmalıdır.

Qiymətləndirmə meyarları:

Namizədlər aşağıdakı əsas göstəricilər üzrə qiymətləndiriləcək:

  • Sahibkarlıq ruhu və idarəetmə bacarığı;
  • İnnovasiyalar və yenilikçilik;
  • Biznesin inkişafı və dəyərin yaradılması;
  • Sənayeyə təsirlər və uzunmüddətli inkişafa töhfələrin verilməsi.

Müxtəlif nominasiyalar üzrə qaliblər və  milli qalib ölkənin sahibkarlıq arenasında ən önəmli tədbirlərdən birinə çevrilən Qala mərasimində elan olunacaqlar. Milli mərhələnin qalibi 2026-cı ilin iyun ayında Monakoda keçiriləcək “Dünya üzrə İlin İş Adamı” müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Sponsorlar və Tərəfdaşlar:

Baş sponsor – ABB
Sponsor dəstəyi – bp

Rəsmi tərəfdaşlar:

APFM (Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası),Finansist jurnalı, Ekvita, və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO.

Əlavə məlumat:

Proqram haqqında daha ətraflı məlumat üçün:

Vebsayt: www.eoy.az
Instagram:
https://www.instagram.com/eoy_azerbaijan
Facebook:
https://www.facebook.com/share/1BEutZg6wZ
Telegram:
https://t.me/eoy_azerbaijan
Telegram Bot:
https://t.me/eoy_assistant_bot

Proqramla bağlı ən son məlumatlar əldə etmək və sahibkarların uğur hekayələri ilə tanış olmaq üçün səhifələrimizi izləyin!

EYİlinİşAdamı SahibkarlarMüsabiqəsi AzərbaycandaSahibkarlıq ABB bp İşAdamı2025 İnnovasiya Biznesİnkşafı SahibkarNailiyyətləri BeynəlxalqBiznesŞəbəkəsi QalaMərasimi DünyaİlinİşAdamı AzərbaycanSahibkarları Nominasiyalar QiymətləndirməMeyarları UğurHekayələri
17.10.2025 13:33
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18