ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Məlumatların açıqlanmasının ardından bazar iştirakçılarının qiymətləndirmələrinə görə, 2025-ci ildə ABŞ Federal Ehtiyat Sistemi (Fed) tərəfindən iki dəfə faiz endirimi gözlənilir.ABŞ Əmək Nazirliyi sentyabr ayına dair istehlak inflyasiyası göstəricilərini elan edib.
Marja xəbər verir ki, ölkədə İstehlak Qiymətləri İndeksi (inflyasiya göstəricisi) sentyabrda aylıq müqayisədə 0,3%, illik müqayisədə isə 3% artaraq gözləntilərdən aşağı olub.
Beləliklə, amerikalı istehlakçıların yaşayış xərcləri sentyabr ayında əvvəlki aya nisbətən 0,3% yüksəlib.
Bazar proqnozlarına görə, inflyasiyanın aylıq 0,4%, illik 3,1% artacağı proqnozlaşdırılırdı. Avqustda ylıq inflyasiya 0,4%, illik inflyasiya 2,9% olmuşdu.
İllik inflyasiya bu dövrdə yanvar ayından bəri ən yüksək səviyyəsinə çatıb.
Benzin xərclərində artım diqqət çəkib
Benzin xərcləri sentyabrda 4,1% artaraq bütün kateqoriyalar üzrə aylıq artımda əsas təsir edən amil olub. Benzin qiymətləri illik müqayisədə isə 0,5% azalıb.
Enerji indeksi sentyabrda aylıq 1,5%, illik isə 2,8% artıb. Eyni dövrdə ərzaq qiymətləri aylıq 0,2%, illik 3,1% yüksəlib.
Yaşayış (mənzil) xərcləri də sentyabrda əvvəlki aya nisbətən 0,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,6% artıb.
Baza inflyasiya zəifləyib
Dəyişkən enerji və ərzaq qiymətlərini nəzərə almayan İstehlak Qiymətləri İndeksi sentyabrda aylıq 0,2%, illik 3% artıb. Bazar gözləntilərinə görə, baza inflyasiyanın avqustda olduğu kimi aylıq 0,3%, illik 3,1% artacağı proqnozlaşdırılırdı.
İstehlak Qiymətləri İndeksi məlumatları hökumət bağlanmasına baxmayaraq açıqlanıb
ABŞ-ın rəsmi məlumat cədvəlinə əsasən, sentyabr ayına dair İstehlak Qiymətləri İndeksinin 15 oktyabrda açıqlanması planlaşdırılırdı. Lakin Konqresin müvəqqəti büdcə layihəsini təsdiqləyə bilməməsi səbəbindən federal hökumət 1 oktyabrda fəaliyyətini dayandırmış və bu da rəsmi iqtisadi məlumatların yayımını ləngitmişdi. Əmək Nazirliyi məlumat yayaraq bildirmişdi ki, İstehlak Qiymətləri İndeksi ( hesabatının dərc tarixi dəyişdirilib və göstəricilər 24 oktyabrda açıqlanacaq.
Məlumatların açıqlanmasının ardından bazar iştirakçılarının qiymətləndirmələrinə görə, 2025-ci ildə ABŞ Federal Ehtiyat Sistemi (Fed) tərəfindən iki dəfə faiz endirimi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 29 d. əvvəl
-
-
30 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
41 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb




.jpg)
.jpg)







.jpg)






