Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO

Sistem vergi ilə bağlı verilən sualın cavabının Vergilər Məcəlləsinin hansı maddəsində yer aldığını avtomatik müəyyənləşdirir və istifadəçiyə ətraflı izahlı cavab təqdim edir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı keçirilən 19-cu IEEE Beynəlxalq “Application of Information and Communication Technologies” (“AICT 2025”) konfransında azərbaycanlı məktəblinin də əməyinin olduğu təqdiqat təqdim edilib.

Beynəlxalq konfrans BƏƏ-nin UAE, Azərbaycanın ADA, İtaliyanın Politecnico di Torino və ABŞ-nin George Washington universitetləri tərəfindən birgə təşkil olunub.

Reklam_3_11

Konfrans çərçivəsində çıxışlar, təlimlər və elmi təqdimatlar baş tutub. Təqdim olunan məqalələr informasiya və kommunikasiya texnologiyalarının ən son yeniliklərini, nəzəri və praktiki yanaşmalarını, standartlarını və tətbiqlərini əhatə edib.

“AICT 2025” in məqsədi elm adamlarını, tədqiqatçıları, proqram arxitektlərini və sənaye nümayəndələrini bir araya gətirərək növbəti nəsil informasiya texnologiyaları və xidmətləri üzrə innovativ ideyaların və yeni trendlərin müzakirəsini təmin etmək olub. Bu il də süni intellekt, kibertəhlükəsizlik, proqram mühəndisliyi, təhsil və səhiyyədə İKT tətbiqləri kimi 80-dən çox mövzu üzrə sessiyalar keçirilib.

Adı çəkilən konfransda ADA Universitetinin İnformasiya Texnoogiyaları və Mühəndislik fakültəsi ilə və “MegaSec AI Laboratory” tərəfindən aparılmış birgə tədqiqat işi təqdim olunub. Tədqiqat ADA Universitetinin professoru Samir Rüstəmovun rəhbərliyi altında, laboratoriyanın süni intellekt mühəndisi Zaid Rüstəmov və Bakı şəhəri, 132-134 nomrəli liseyin 11-ci İB sinfinin şagirdi və “MegaSec AI Laboratory”nin Süni İntellekt həlləri üzrə təcrübəçisi Mehdi Qasımzadə tərəfindən aparılıb.

Məqalə “Enhancing Retrieval and Re-ranking in RAG: A Case Study on Tax Law of Azerbaijan” mövzusuna həsr olunub və Azərbaycanın Vergi Məcəlləsi əsasında hüquqi məlumatların daha dəqiq axtarışı və cavabların optimallaşdırılması üçün yeni yanaşmanı təqdim edir.

Tədqiqat nəticəsində təqdim olunan metodologiya sayəsində sistem vergi ilə bağlı verilən sualın cavabının Vergilər Məcəlləsinin hansı maddəsində yer aldığını avtomatik müəyyənləşdirir və istifadəçiyə ətraflı izahlı cavab təqdim edir.

Qeyd edək ki, tədqiqatın həmmüəllifi olan 16 yaşlı Mehdi Qasımzadə konfransın ən gənc iştirakçısıdır. Azərbaycanlı məktəblinin yeniyetmə yaşındakı elmi fəaliyyəti beynəlxalq konfransın iştirakçıları tərəfindən də maraqla qarşılanıb. Onun elmə, süni intellekt sahəsinə və tədqiqat fəaliyyətinə olan marağı və bacarığı sayəsində beynəlxalq konfransda iştirakı böyük uğur kimi qiymətləndirilib.

Məlumat üçün onu da bildirək ki, Mehdi Qasımzadə 2023-cü ilin 5-8 may tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmiş “Pangea math world” beynəlxalq riyaziyyat olimpiadasının qalibi olub.

Azərbaycan ADA Universiteti MegaSec AI Laboratory Mehdi Qasımzadə Samir Rüstəmov Zaid Rüstəmov IEEE AICT 2025 Əl-Əyn Birləşmiş Ərəb Əmirlikləri İnformasiya və kommunikasiya texnologiyaları Süni intellekt RAG modeli Hüquqi süni intellekt Vergi Məcəlləsi Hüquqi məlumat axtarışı Tədqiqat işi Elmi konfrans İnnovasiya Kibertəhlükəsizlik Təhsil texnologiyaları Proqram mühəndisliyi Gənc alim Beynəlxalq elmi fəaliyyət Enhancing Retrieval and Re-ranking in RAG: A Case Study on Tax Law of Azerbaijan George Washington University Politecnico di Torino UAE University Süni intellekt mühəndisliyi Gənc tədqiqatçı Beynəlxalq uğur
31.10.2025 09:23
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18