"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Prime Cotton-a məxsus olan və Gəncə şəhərində, Gəncə İdman Sarayının arxasında yerləşən fabrik ərazisində müxtəlif sənaye istehsalı üzrə avadanlıqlar satışa çıxarılır.
Satışa təqdim olunan avadanlıqlar ümumilikdə 22 adda, 75 ədəd olmaqla, Rieter markalı iplik istehsalı, təmizləmə, sənaye ventilyasiya və hava təmizləmə sistemlərini, elektrik mühərriklərini, presləmə və digər istehsal avadanlıqlarını əhatə edir.
Satışa çıxarılan əsas avadanlıq kateqoriyasına daxildir:
• Rieter İplik Əyirmə Maşınları (T14 673-4604) – 16 ədəd
• Rieter Daraqçı Maşınları (RSB 851) – 5 ədəd
• Rieter Toxucu Dəzgahları (SB 851) – 1 ədəd
• Rieter Pambıq Təmizləmə Avadanlıqları (RSB-D45) – 2 ədəd
• Rieter İplik Sistemləri və İstehsal Avadanlıqları (fərqli modellər – C 4A, B 5/5, A 2/1, B 4/1, UNIMIX B7/3 və s.)
• Rieter İdarəetmə Panelləri
• Sənaye Ventilyatorları və Hava Təmizləmə Sistemləri
• Konveyer və Emal Maşınları
• Prislam Maşınları
• Elektromotorlar (VM 132S-2 və digər modellər)
• Hava Təmizləmə və Sənaye Havalandırma Sistemləri (R110 və s.)
Avadanlıqlar yaxşı vəziyyətdədir və yerində baxış üçün əlçatandır.
Təkliflərin qəbulu
Avadanlıqlar üçün satış qiymətləri müəyyən edilməmişdir. Satınalma ilə maraqlanan tərəflər öz qiymət təkliflərini aşağıdakı keçid vasitəsilə təqdim etməlidirlər:
Təklif forması: https://forms.gle/BAvDuT14WfePzDoz5
Təkliflərin qəbulu üçün son tarix: 30 noyabr 2025
Əlaqə: Əlavə məlumat və baxış üçün müraciət: +994 10 230 30 05 – Emin Mehdiyev
Prime Cotton bütün maraqlı şirkət və tərəfdaşları avadanlıqların baxışı və satınalma prosesində iştirak etməyə dəvət edir. Təkliflərin dəyərləndirilməsi şəffaf şəkildə aparılacaq və seçim texniki uyğunluq, kommersiya sərfəliliyi və təqdim edilən təkliflərin rəqabətliliyinə əsaslanacaqdır.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
6 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
7 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
8 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
























