Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə cəmi əməliyyatlar balansının kəsiri 8 milyard dollara yaxınlaşın
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti  "əriyib" -  1 milyard dollarlıq azalma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ilin 9 ayı üzrə (yanvar-sentyabr) Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 3 milyard dollar və ya ümumi daxili məhsulun (ÜDM) 5.4%-ni təşkil etmişdir (2024-cü ilin 9 ayı üzrə 3 milyard 952.9 milyon dollar profisit olmuşdur).

Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın açıqladığı Azərbaycanın 2025-ci ilin 9 ayı üzrə Tədiyə balansında bildrilir.

Neft-qaz sektoru üzrə cəmi əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 3.7% azalaraq 10.7 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə cəmi əməliyyatlar balansının kəsiri isə 7.5% artaraq 7.7 milyard dollar məbləğində olmuşdur.

Xarici ticarət balansı

2025-ci ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 30.8 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 14 milyard dollar həcmində profisit, qeyri-neft-qaz sektoru üzrə 8.4 milyard həcmində kəsiribağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 5.6 milyard dollar həcmində profisit yaranmışdır. 

Əmtəə ixracı

Hesabat dövründə əmtəə ixracı 5.6% azalaraq 18.2 milyard dollar təşkil etmişdir. Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 15.7 milyard dollar olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (15.7 milyard dollar) 9.6 milyard dolları xam neftin, 5.6 milyard dolları təbii qazın, 0.5 milyard dolları isə neft emalı məhsullarının payına düşür. Hesabat dövründə qeyri-neft-qaz ixracı üzrə müsbət meyllər müşahidə olunmuşdur. Nəticədə müvafiq dövr üzrə qeyri-neft-qaz ixracı 6.1% artaraq 2.5 milyard dollar təşkil etmişdir.

Əmtəə idxalı

2025-ci ilin 9 ayı üzrə əmtəə idxalı ötən ilin müvafiq dövrünə nəzərən 2.7% artaraq 12.6 milyard dollar təşkil etmişdir. Hesabat dövründə istehlak mallarının idxalının ümumi dəyəri isə 5.1 milyard dollar olmuş, bunun da 1.8 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 3.9% artaraq 10.9 milyard dollar olmuşdur.

İş elanları AzVak.az-da

Azərbaycanın tədiyə balansı 2025 cari əməliyyatlar hesabı profisiti ÜDM-in 5.4 faizi Mərkəzi Bankının hesabatı neft-qaz sektoru profisiti qeyri-neft-qaz sektoru kəsiri xarici ticarət balansı profisiti ixrac və idxal göstəriciləri əmtəə ixracının azalması əmtəə idxalının artması xam neft ixracı təbii qaz ixracı qeyri-neft ixracının artımı istehlak malları idxalı ərzaq məhsulları idxalı Azərbaycanın iqtisadi göstəriciləri 2025
15.12.2025 16:18

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18