Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Türkiyədə Azərbaycan vətəndaşlarına mənzil satışı artıb - 11 AYDA 831 MƏNZİL

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə Azərbaycan vətəndaşlarına mənzil satışı artıb - 11 AYDA 831 MƏNZİL
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyədə xaricilərə mənzil satışları 2025-ci ilin noyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 9,7 faiz azalaraq 943 olub.

Marja.az Türkiyənin Statistika Qurumuna (TÜİK) istinadən xəbər verir ki, noyabr ayında ümumi mənzil satışları içərisində xaricilərə satılan mənzillərin payı 1,4 faiz təşkil edib. Xaricilərə mənzil satışının ən çox olduğu şəhərlər müvafiq olaraq 728 ilə İstanbul, 662 ilə Antalya və 157 ilə Mersin olub.

Xaricilərə edilən mənzil satışları yanvar–noyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azalaraq 18 min 993 olub.

Ölkə vətəndaşlığına görə ən çox mənzil satışı Rusiya vətəndaşlarına edilib

Noyabr ayında ölkə vətəndaşlığına görə ən çox mənzil satışı müvafiq olaraq 310 ilə Rusiya Federasiyası, 159 ilə Ukrayna və 151 ilə Almaniya vətəndaşlarına edilib.

2025-ci ilin Noyabr ayında Türkiyədə Azərbaycan vətəndaşlarına 90 mənzil, yanvar–noyabr dövründə (11 ayda) isə 831 mənzil satılıb. Ötən ilin noyabr ayında Azərbaycan vətəndaşlarına 70 ədəd, 11 ay ərzində isə 756 mənzil satılmışdı.

Qeyd edək ki, Türkiyə üzrə mənzil satışları noyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 7,8 faiz azalaraq 141 min 100 olub. Mənzil satışının ən çox olduğu şəhərlər müvafiq olaraq 24 min 234 ilə İstanbul, 12 min 706 ilə Ankara və 8 min 540 ilə İzmir olub, ən az olduğu şəhərlər isə müvafiq olaraq 78 ilə Ardahan, 131 ilə Bayburt və 152 ilə Artvin olaraq qeydə alınıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Türkiyə_mənzil_satışı xaricilərə_mənzil 2025_noyabr TÜİK Marja.az daşınmaz_əmlak beynəlxalq_mənzil_satışı mənzil_satış_statistikası İstanbul_mənzil Antalya_mənzil Mersin_mənzil xarici_alıcılar Rusiya_vətəndaşları Ukrayna_vətəndaşları Almaniya_vətəndaşları Azərbaycan_vətəndaşları Azərbaycan_mənzil_alışı yanvar_noyabr_statistikası mənzil_satış_azalması 9_7_faiz_azalma 18_993_mənzil 943_mənzil əmlak_bazarı Türkiyə_əmlak_bazarı xarici_investisiya
16.12.2025 14:46

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18