970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı il yanvarın 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.

Bu barədə Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2026-cı il yanvarın 1-dən başlayaraq xarici ölkə vətəndaşlarına “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Kiş” Tarix-Memarlıq (Alban məbədi) qoruqlarına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun Şəki xan sarayına, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansındakı “Diri Baba” türbəsinə giriş qiyməti 15 manat təşkil edəcək.

Qeyd edək ki, xarici ölkə vətəndaşları üçün güzəşt kateqoriyasına aid kombinə olunmuş biletlər də mövcuddur. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 25 manat təşkil edir. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqlarını və Palçıq Vulkanları Turizm Kompleksini ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 35 manatdır. Kombinə olunmuş biletlər yalnız bir nəfər üçün nəzərdə tutulub və ilk istifadədən sonra 72 saat müddətində yararlıdır.

Azərbaycan Respublikasının vətəndaşları üçün qoruq və muzeylərə giriş qiymətində hər hansı dəyişiklik yoxdur.

Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşlarından əlilliyi olan şəxslər, azyaşlı uşaqlar və məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhidlərin birinci dərəcəli ailə üzvləri üçün qoruq və muzeylərə giriş ödənişsizdir. Xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqlarına da giriş ödənişsizdir.

ABBInvest ABBInvestisiyaŞirkəti CaspianBusinessAward2025 İlinİnvestisiyaŞirkəti investisiyaşirkəti kapitalbazarları Azərbaycandainvestisiya investisiyabankçılığı istiqrazburaxılışı anderrayter başanderrayter BankofBakuistiqrazı AYİBistiqrazı AvropaYenidənqurmavəİnkişafBankı dəyişənfaizliistiqraz korporativistiqrazlar dövlətistiqrazları ABŞistiqrazbazarı ABBMobile USDinvestisiya aşağıriskliinvestisiya sabitfaizgəliri instusionalinvestorlar müştəriyönümlüxidmət innovativmaliyyəhəlləri UNECAzərbaycan strategiəməkdaşlıq maliyyəsavadlılığı peşəkarinkişaf kapitalbazarıinkişafı investisiyamükafatı Azərbaycandamaliyyəsektoru
18.12.2025 17:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18