Bank marketinq agentliyi xidmətləri satın alır
“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti TENDER ELAN EDİR
Tenderin adı: “AFB BANK”ASC tərəfindən Marketinq agentliyi xidmətlərinin satın alınması
Tenderin elan tarixi: 17.12.2025
İştirak üçün sənəd qəbulunun son tarixi: 26.12.2025
Tender təkliflərinin son qəbul tarixi : 09.01.2026
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- tender təklifi (tender zərflərinin açıldığı tarixdən (25 noyabr 2025-ci il) sonra azı 30 (otuz) iş günü qüvvədə olmalıdır
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı
Göstəriləcək xidmətlərin siyahısı:
Copywriting və Kommunikasiya
- SMM postları üçün reklam xarakterli mətnlərin hazırlanması.
- Bayram və əlamətdar günlər üçün təbrik məzmunlarının yazılması.
- Kampaniyalar üçün kreativ adların və sloganalrın təklif edilməsi.
- Vebsayt üçün mətnlərin yazılması və mütəmadi yenilənməsi.
- Story və TikTok üçün yaradıcı video kontent ideyalarının verilməsi.
- Reklam məqsədli Push və SMS mətnlərinin hazırlanması.
- Radio reklamları üçün səsləndirmə mətnlərinin hazırlanması.
- Reklam filmləri üçün skriptlərin hazırlanması.
Dizayn İşləri
- Sosial media üçün aylıq post dizaynları (statik və dinamik – minimum 12 dizayn).
- Sosial media postlarının bütün adaptasiyalarının hazırlanması.
- Çap məhsullarının dizaynı (leaflet, buklet, poster, açıqca və digər materiallar).
Foto və Video İstehsalı
- Ayda minimum 4 dəfə brendə uyğun foto çəkilişlərin həyata keçirilməsi.
- Ayda 4 ədəd qısa video kontent (Reels və s.) hazırlanması.
- Animasiya çarxlarının yaradılması (mövzudan asılı olaraq qrafik animasiya və motion dizayn).
Digər Kreativ və Marketinq Xidmətləri
- Özəl günlər üçün brendinq olunmuş korporativ hədiyyələrə dair təkliflərin verilməsi.
- Bazar trendlərinin izlənilməsi və mütəmadi əsaslandırılmış təkliflərin təqdim edilməsi.
- Böhran vəziyyətinin analizi, kommunikasiya idarəetməsi və strategiyanın hazırlanması.
- Bayram və digər özəl günlər üçün xüsusi kommunikasiya və kampaniya planlarının hazırlanması.
- Sosial media hesablarının idarə olunması, təhlükəsizlik tədbirlərinin görülməsi və ümumi nəzarət.
- Səhifə statistikasının artımı üçün strategiyaların hazırlanması və icrası.
- Müsabiqələr, giveaway-lər və ya digər interaktiv fəaliyyətlərlə orqanik izləyici artımının təmin edilməsi.
- Blogger və influencerlərlə əməkdaşlıq strategiyalarının hazırlanması və idarə olunması.
- Həftəlik və aylıq analitik hesabatların hazırlanması.
- Aylıq sosial media post planının hazırlanması.
- Məhsul və kampaniyalar üzrə kommunikasiya planlarının hazırlanması.
Rəqiblərin analizi və tələb olunan formatda hesabatların təqdim edilməsi.
*Bəndlər üzrə qiymətlər ayrı-ayrı qeyd edilməlidir.
Tender təklifinin valyutası
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi Azərbaycan Respublikasının milli valyutasında aparılır.
Ödəniş şərtləri
Xidmətlər üçün təsdiq ediləcək məbləğ hər ay təhvil-təslim sənədləri imzalandıqdan sonra 10 iş günü ərzində ödəniləcək.
Tenderdə iştirak etmək istəyən şirkətlər qiymət təkliflərini tələb edilən sənədlər ilə birlikdə qapalı zərfdə 26.12.2025-ci il -tarixinə kimi, qiymət təkliflərini isə 09.01.2026-cı il tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına göndərməlidir. Tenderdə iştirakı təsdiq edilən şirkətlərə 27.12.2025-ci il tarixində əsas şərtlər toplusu və digər məlumatlar göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
30 d. əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
-
51 d. əvvəl
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir







.jpg)







.jpg)





