970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Su Kanal İdarəsinin kollektorları və sahə rəisi "kollektorda ölüm" işinə cəlb ediliblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Su Kanal İdarəsinin kollektorları və sahə rəisi "kollektorda ölüm" işinə cəlb ediliblər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Baksol yolu" adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölməsi ilə bağlı açılan cinayət işi üzrə ittiham edilən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azər Cümşüdovun vəkili Anar Ramazanov vəsatətlərlə çıxış edib.

O, daşınmaz əmlakın reyestri və kadastrı üzrə mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilməsini istəyib.

O, həmçinin Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin mütəxəssislərinin də prosesə cəlb olunmasını təklif edib.

O, həmçinin hadisə baş verən əraziyə obyektlərin “Təhlükəsiz şəhər” kameraları ilə bağlı da müvafiq qurumlara sorğu verilməsini istəyib.

Məhkəmə birinci və ikinci vəsatəti təmin edib. Digər vəsatətlərin isə sənədlərin tədqiqi mərhələsində müzakirə olunmasına qərar verilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan verib.

A.Cümşüdov ittihamla özünü təqsirli bilməyib.

Proses yanvarın 15-də davam etdiriləcək.

Qeyd edək ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.

Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

İş elanları AzVak.az-da

© APA

23.12.2025 11:57

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18