Unibankda yeni təyinat olub
2018-ci ildən “Unibank Kommersiya Bankı” ASC-də Marketinq Departamentinin direktoru vəzifəsində çalışan Rasim Babayevə Bankda yeni vəzifə həvalə olunub.
Marja.az xəbər verir ki, Rasim Babayev Unibank-da Fərdi Bankçılıq Departamentinin Direktoru vəzifəsinə təyin olunub. Bu bu barədə Rasim Babayev özününü Linkedin profilində də məlumat verib.
Məlumatı "7 inanılmaz ildən sonra marketinq sahəsindəki yolum sona çatdı" başlığı ilə paylaşmış Rasim Babayev qeyd edib ki, bu yol çətinliklərlə, zəhmətlə, inkişafla və saysız-hesabsız dərslərlə dolu idi. Həm peşəkar, həm də şəxsi olaraq məni formalaşdıran, qürur duyduğum anlarla zəngin bir dövr olub.
"Bütün bunlar yanımda olan möhtəşəm Marketinq komandası olmadan mümkün olmazdı. Məni dəstəkləyən hər bir həmkarıma dərin minnətdarlığımı bildirirəm. Uğur heç vaxt tək bir insanın nailiyyəti deyil. Bu gün bu mərhələni minnətdarlıq və inam hissi ilə bağlayır və Unibank-da Fərdi Bankçılıq Departamentinin rəhbəri kimi yeni bir mərhələyə başlayıram. Ümid edirəm ki, bu yeni yol da Marketinqdə keçirdiyim dövr qədər mənalı və uğurlu olacaq".
Xatırladaq ki, Rasim Babayev 2018-ci ilin iyun ayında “Unibank Kommersiya Bankı” ASC-də Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilmişdi. Rasim Babayev bu təyinatadək bankın Pərakəndə Biznesin inkişafı departamentində diektor müavini vəzifəsində çalışırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























