“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
(®) AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin “AZINCLOUD” xidməti istifadəçilərə öz bulud infrastrukturlarını yaratmağa imkan verir.
Bunun üçün istifadəçilər xidmət ofisinə müraciət etmədən, www.azincloud.az platforması üzərindən onlayn qeydiyyatdan keçərək cəmi bir neçə dəqiqə ərzində özlərinə aid “bulud” infrastruktur mühitini yarada bilərlər.
Platforma istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, tam nəzarət edilə bilən infrastruktur, fasiləsiz 24/7 texniki dəstək şəraiti yaradır.
Bu imkanlar şirkətlərə texniki işlərə vaxt itirmədən daha rahat işləməyə, xərclərini nəzarətdə saxlamağa, məlumatlarını təhlükəsiz qorumağa, sistemlərini asanlıqla genişləndirməyə və ehtiyac olduqda nəzarət etməyə imkan verir. Eyni zamanda çevik bulud idarəetməsi, müxtəlif əməliyyat sistemləri, bulud marketi, real vaxt monitorinqi və digər həllər sayəsində istifadəçilər infrastrukturlarını sürətli şəkildə inkişaf etdirə bilərlər.
“İstifadə etdiyin qədər ödə” prinsipi əsasında fəaliyyət göstərən AZINCLOUD istifadəçilərin yalnız faktiki olaraq yararlandıqları bulud resursları və xidmətlər üzrə ödəniş etməsini nəzərdə tutur və bu da xərclərin optimallaşdırılmasına, büdcənin daha səmərəli idarə olunmasına imkan yaradır. Burada istifadəçilərin resurs tələblərinə uyğun paketlər də təklif olunur.
AZINCLOUD Avropanın ən böyük bulud provayderi “Gcore” ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Platformanın əsas hədəfi biznes mühitində rəqəmsallaşma proseslərini daha da sürətləndirmək, müasir bulud həlləri vasitəsilə Azərbaycanda fəaliyyət göstərən biznes və fərdlərin texnoloji imkanlarını artırmaq, onların daha çevik, təhlükəsiz və rəqabətə davamlı fəaliyyətini təmin etməkdir.
Əlavə məlumat üçün www.azincloud.az saytnı ziyarət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




