ABŞ Venesuelanı idarə edəcək
Dünən Venesuelanın paytaxtı Karakasda yerli vaxtla saat 02:00 radələrində azı 7 partlayış səsi və alçaqdan uçan təyyarələrin səsi eşidilib.
ABŞ Prezidenti Donald Trump bildirib ki, ABŞ Venesuelaya və ölkənin lideri Prezident Nicolas Maduroya qarşı genişmiqyaslı əməliyyat həyata keçirib və Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkə xaricinə çıxarılıb.
Əməliyyatdan sonra açıqlama verən Tramp deyib: Venesuelada düzgün keçidin baş verməsini istəyirik. Bu reallaşana qədər biz idarə edəcəyik.
ABŞ Prezidenti açıqlamalarından sonra jurnalistlərin suallarını cavablandırıb.
Venesuelanı idarə edəcəklərinə dair açıqlamasının nə demək olduğu soruşulduqda Tramp belə deyib:
“Orada bir qrup olmasını istəyirik. Neft şirkətlərinin milyonlarla dollarlıq investisiyalarından söhbət gedir. Onların zərəri ödənilməlidir. Oranı düzgün şəkildə idarə edəcəyik. Bu dəstələrin oradan təmizlənməsinə diqqət edəcəyik. Əgər ərazidə əsgər olması lazımdırsa, bundan da çəkinmərik. Ölkənin düzgün idarə olunmasına nəzarət edəcəyik. Çox ədalətli idarə edəcəyik. Xalqa pul verəcəyik. Oradakı neft sektorunu onsuz da biz qurmuşuq. Keçmiş prezidentlər bunların oğurlanmasına səssiz qaldılar. Gecikdik, amma nəhayət etdik.”
Hazırda fərqli insanları təyin etdiklərini, bunu zamanla açıqlayacaqlarını bildirib. Maduro-nun müavininin lazım olanı etməyə hazır olduğunu söyləyib. Kolumbiyada kokain istehsal edən zavodlardan da danışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
9 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





























