Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qızıl və gümüş, investorların geosiyasi risklərdən qorunmaq üçün qiymətli metallara yönəlməsi fonunda bahalaşıb

Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, qızıl 2,1 faiz bahalaşma ilə 4422 dollara, gümüş 4,3 faiz bahalaşama ilə 75,92 dollara ticarət olunub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızıl və gümüş, investorların geosiyasi risklərdən qorunmaq üçün qiymətli metallara yönəlməsi fonunda bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qızıl və gümüş, ABŞ-nin Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsindən sonra artan geosiyasi risklərə qarşı qorunmaq məqsədilə investorların qiymətli metallara üz tutması ilə yüksəlib.

Marja.az xəbər verir ki, spot qızıl bazar ertəsi günü 2,1 faizə qədər bahalaşaraq bir unsiyasının qiyməti 4420 dollar səviyyəsini keçib. Gümüş isə 4,8 faiz dəyər qazanıb.

ABŞ Prezidenti Donald Tramp Maduronun devrilməsindən sonra ABŞ-nin Venesuelanı “idarə etməyi” planlaşdırdığını bildirib ki, bu da Cənubi Amerika ölkəsinin gələcək idarəçiliyi ilə bağlı qeyri-müəyyənliyi artırıb. Dövlət katibi Marko Rubio isə Vaşinqtonun daha çox dəyişiklik məcbur etmək üçün neft üzərindəki təsirindən istifadə edəcəyini qeyd edib.

Qiymətli metalların emalı ilə məşğul olan "MKS Pamp SA" şirkətinin tədqiqat direktoru Nikki Şils yaydığı qeyddə bildirib: “Bazarlar artıq təkcə Venesuela riskini deyil, həm də ABŞ-nin gözlənilməzliyini və hərbi imkanlarını yenidən qiymətləndirmək məcburiyyətindədir.”

Aparıcı banklar arasında da bu il qızıl qiymətlərinin əlavə artacağına dair gözləntilər mövcuddur; xüsusilə FED-in əlavə faiz endirimləri edəcəyinə dair ehtimallar və Trampın ABŞ Mərkəzi Bankının idarəçiliyini yenidən formalaşdırması bu mövqeyi gücləndirir. Goldman Sachs ötən ay əsas ssenarisinin bir unsiya üçün 4900 dollara doğru "ralli" olduğunu və yuxarı istiqamətli risklərin də mövcudluğunu qeyd etmişdir.

Gümüş ötən il qızıldan da güclü "ralli" edərək rekordlar qırıb. Qızılı dəstəkləyən amillərə əlavə olaraq, ABŞ administrasiyasının gələcəkdə emal olunmuş gümüş idxalına gömrük rüsumları tətbiq edə biləcəyinə dair davam edən narahatlıqlar da gümüş qiymətlərini dəstəkləyib.

Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, qızıl 2,1 faiz bahalaşma ilə 4 422 dollara, gümüş 4,3 faiz bahalaşama ilə 75,92 dollara ticarət olunub. Platin və palladiumun hər biri təxminən 2 faiz dəyər qazanıb. Bloomberg Dollar Spot İndeksi isə 0,1 faiz artıb.

qızıl qiymətləri gümüş qiymətləri qiymətli metallar bazarı spot qızıl qiyməti gümüş bazarında artım qlobal geosiyasi risklər venesuela böhranı nikolas maduro xəbərləri abş venesuela siyasəti donald tramp açıqlaması marko rubio bəyanatı təhlükəsiz liman aktivləri investorların qızıla marağı qızıla tələbin artması gümüş ralli qızıl ralli rekord qızıl qiymətləri rekord gümüş qiymətləri fed faiz endirimi gözləntiləri abş mərkəzi bankı siyasəti qızıl qiyməti proqnozu goldman sachs qızıl proqnozu 4900 dollar qızıl ssenarisi dollar indeksi bloomberg dollar spot indeksi platin qiymətləri palladium qiymətləri qiymətli metallara investisiya inflyasiyadan qorunma alətləri qlobal maliyyə bazarları marja az qızıl xəbərləri beynəlxalq maliyyə xəbərləri
05.01.2026 09:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18