Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azad edilmiş ərazilərdə 2025-ci ildə telekommunikasiya infrastrukturunun qurulması ilə bağlı görülmüş işlər açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azad edilmiş ərazilərdə 2025-ci ildə telekommunikasiya infrastrukturunun qurulması ilə bağlı görülmüş işlər açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internet infrastrukturunun qurulması istiqamətində fəaliyyətini davam etdirir. Son bir il ərzində bu ərazilərdə həyata keçirilən layihələr nəticəsində bir sıra yaşayış məntəqələri müasir telekommunikasiya xidmətləri ilə təmin olunub.

Hesabat dövründə ümumilikdə 9 şəhər, 27 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. Son bir il ərzində bu ərazilərdə 4308 yeni abunəçi (ev təsərrüfatı və biznes subyektləri) qoşulub.

Ərazilərdə quraşdırılmış 25 OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə müasir GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet bağlantısı yaradılıb.

Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi üzrə işlər uğurla başa çatdırılıb. Ümumi uzunluğu 1000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edən əsas baza rolunu oynayır.

“Aztelekom” MMC gələcək illərdə də bu istiqamətdə fəaliyyətini genişləndirərək regionda müasir və dayanıqlı telekommunikasiya infrastrukturunun tam formalaşdırılmasına töhfə verəcək.

Aztelekom MMC AZCON Holding Böyük Qayıdış Dövlət Proqramı işğaldan azad edilmiş ərazilər Qarabağ rabitə infrastrukturu Şərqi Zəngəzur iqtisadi rayonu Qarabağ internet infrastrukturu Şərqi Zəngəzur internet şəbəkəsi telekommunikasiya infrastrukturu fiber-optik şəbəkə GPON texnologiyası optik xətt terminalı OLT sürətli internet bağlantısı sabit internet xidmətləri rəqəmsal infrastrukturun qurulması regionların bərpası Qarabağda internet layihələri azad olunmuş ərazilərdə rabitə kənd və şəhərlərdə internet yeni abunəçilər Aztelekom biznes və ev təsərrüfatları üçün internet magistral fiber-optik xətlər 1000 km fiber-optik şəbəkə Qarabağ layihələri 2025 dövlət proqramı çərçivəsində layihələr dayanıqlı rabitə infrastrukturu təhlükəsiz telekommunikasiya şəbəkəsi rəqəmsal inkişaf Qarabağ Marja az iqtisadi xəbərləri Azərbaycan telekommunikasiya xəbərləri
05.01.2026 10:06

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18