Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB

2025-də Azərbaycan iqtisadiyyatı 1,4 faiz artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Statistika Komitəsi 2025-ci ildə Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.

Qeyd edilib ki, 2025-ci ildə ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artmışdır.

ÜDM istehsalının 33,0 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 12602,2 manata bərabər olmuşdur.

Azərbaycan ÜDM 2025 Ümumi Daxili Məhsul istehsalı Dövlət Statistika Komitəsi Azərbaycan iqtisadiyyatı 2025 ÜDM artımı iqtisadi artım faizi neft-qaz sektoru qeyri neft-qaz sektoru sənaye istehsalı ticarət və nəqliyyat təmiri nəqliyyat və anbar təsərrüfatı tikinti sektoru kənd təsərrüfatı və balıqçılıq turizm və ictimai iaşə informasiya və rabitə sektoru iqtisadi sahələrin strukturu məhsula və idxala xalis vergilər adambaşına düşən ÜDM əhalinin gəlir göstəriciləri makroiqtisadi göstəricilər Azərbaycan iqtisadi statistikası rəsmi statistika iqtisadi icmal 2025
19.01.2026 10:14

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18