Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər

“Bu il dolların zəifləməsi fonunda 1 unsiya qızılın qiymətinin 6000 dollara çatması mümkündür. Alternativ ssenarilərdə qızılın daha da bahalaşması mümkündür, qiymət 6900 dollaradək qalxa bilər ”.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniyanın iri maliyyə təşkilatı "Deutsche Bank" bildirir ki, yüksək geosiyasi risklər bu il də qlobal əmtəə bazarları üçün əsas katalizator olaraq qalacaq.

Marja.az xəbər verri ki, Bankın fikrincə, parçalanmış qlobal mühit artıq təchizat zəncirlərini, investisiya davranışını və əsas resurslar üzrə qiymət formalaşmasını yenidən şəkilləndirir.

Bankın analitiki Maykl Hsüeh “struktur olaraq daha yüksək geosiyasi volatillik ehtimalını” qəbul etdiyini qeyd edərək, müstəqil təchizat zəncirlərinə yönəlmənin xərcləri artıracağını və xüsusilə kritik minerallar üzrə qiymətlərin yeni aşağı həddlərini formalaşdıracağını xəbərdar edir.

Analitikin sözlərinə görə, böyük güclər arasında rəqabət və resurs millətçiliyi ehtiyatlı, paralel təchizat şəbəkələrinə ehtiyacı artırır, geosiyasi gərginliklər isə enerji bazarlarında aşağı yönlü riskləri məhdudlaşdırır.

Eyni zamanda, resursların ehtiyat (rezerv) üçün yığılması əsas hərəkətverici amillərdən birinə çevrilir. Çin qızıl və xam neft üzrə strateji ehtiyatlarını artırmaqla əmtəə bazarları üzrə qiymət artımının sürətini gücləndirir. Artan hərbi xərclər də bu tendensiyanı dəstəkləyir. Hsüeh qeyd edir ki, müdafiə xərclərinin yüksəlməsi uzunmüddətli dövlət borcu trayektoriyalarını pisləşdirir və qiymətli metalların dəyər saxlayan aktiv kimi cəlbediciliyini artırır.

Qiymətli metallar daxilində əsas hərəkətverici qüvvə investisiya tələbi olaraq qalır. Qızılın bahalaşması mərkəzi bankların ehtiyat portfellərində qızıla ayırmaları artırması və investorların dollardən kənar və real aktivlərə marağının yüksəlməsi ilə dəstəklənir.

Hsüeh hesab edir ki, “bu il dolların zəifləməsi fonunda qızılın unsiyasının qiymətinin 6 000 dollar səviyyəsinə çatması mümkündür”. O, qiymət artımı potensialını ABŞ dollarının aşağı düşən dəyəri baxımından təzyiqlər, tədiyə balansı meylləri və dəyişən monetar siyasət (faiz endirimləri) ilə əlaqələndirir.

Analitik vurğulayır ki, 2022-ci ildən etibarən mərkəzi bankların qızıl alışları dayanmayıb, ETF-lərə tələbat isə beş il davam edən xalis çıxışlardan sonra 2025-ci ildə yenidən müsbətə dönüb. Qlobal zərgərlik istehlakı isə 2021-ci illə müqayisədə kəskin azalıb və qızıl təklifi son illərdə müşahidə olunan xalis tələbat artımının yalnız təxminən yarısını qarşılayıb.

Alternativ ssenarilərdə qızılın daha da bahalaşması mümkündür. Hsüeh-in sözlərinə görə, son dövrdəki güclü performansın miqyası nəzərə alındıqda qiymət 6900 dollaradək qalxa bilər. Digər tərəfdən, dollarla reqressiya əsasında hesablanan aşağı risk təxminən 3 700 dollar səviyyəsinə işarə edir ki, bu da yalnız ABŞ dollarının gözlənilməz şəkildə güclənməsi (bahalaşması) halında mümkün ola bilər.

Qızıla investisiya axınlarının gümüş və platin qrupuna aid metallara da yayılacağını gözləyir. Geosiyasi təchizat riskləri və ehtiyatların artırılması makroiqtisadi şərait dəyişkən qalsa belə, xam neft qiymətlərinə davamlı dəstək verəcək.

Hsüeh sənaye metalları üçün də möhkəm dəstək görür; xüsusilə mis bazarında da struktur təchizat çatışmazlığının formalaşdığını və elektrikləşməyə tələbin artması fonunda qiymətin yüksək səviyyələrdə qalacağını bildirir. Mis qiymətlərinin ikinci rübdə ton üzrə təxminən 13 000 dollara çatdıqdan sonra ilin sonuna doğru bir qədər zəifləməsi proqnozlaşdırılır.

Analitik Çinin istehsal limitlərinin qlobal təklifi məhdudlaşdırması səbəbindən alüminiumun da daha yüksək qiymət rejiminə keçəcəyini düşünür. Dəmir filizi qiymətlərinin isə yaxın müddətdə ehtiyatların bərpası ilə dəstəklənsə də, ilin ikinci yarısında mümkün artıqlıq riskləri səbəbindən əsasən diapazon daxilində qalacağı gözlənilir.

Qeyd edək ki, dünən qızılın unsiyasının qiyməti 5111 dolları test edib. Növbəti psixoloji mərhələnin 5300 dollara yaxın olduğu təxmin edilir. 

İş elanları AzVak.az-da

Deutsche Bank Almaniya geosiyasi risklər qlobal əmtəə bazarları əsas katalizator təchizat zəncirləri investisiya davranışı qiymət formalaşması geosiyasi volatillik müstəqil təchizat zəncirləri xərclərin artması kritik minerallar böyük güclər arasında rəqabət resurs millətçiliyi enerji bazarları strateji ehtiyatlar Çin qızıl ehtiyatları xam neft hərbi xərclər müdafiə xərcləri dövlət borcu qiymətli metallar investisiya tələbi mərkəzi banklar dolların zəifləməsi qızılın unsiya qiyməti 6 000 dollar ETF-lər zərgərlik istehlakı qızıl təklifi alternativ ssenarilər 6 900 dollar 3 700 dollar gümüş platin qrupu metalları xam neft qiymətləri sənaye metalları mis struktur təchizat çatışmazlığı elektrikləşmə 13 000 dollar alüminium Çin istehsal limitləri dəmir filizi qiymət diapazonu
27.01.2026 18:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18