Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"İlk növbədə qeyd edim ki, "PAŞA Bank" davamlı dividend ödəyən bankdır. Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub. Bu göstərici bir neçə il ardıcıl şəkildə qorunub saxlanılıb".

Marja xəbər verir ki, bunu “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.

Cavid Quliyev vurğulayıb ki, Azərbaycanın sabit siyasi və iqtisadi mühiti fonunda, bazarda lider mövqedə olan korporativ bankın maliyyə nəticələrində iştirak etmək əhali üçün uzunmüddətli baxımdan cəlbedici imkan yaradır:

"Hazırda əhali və pərakəndə investorlar üçün əsas maliyyə alətləri depozitlər və istiqrazlardır. Biz isə bazara özəl bank kimi ilk dəfə səhm emissiyası ilə çıxırıq. Dividend siyasətimizi və ölkədəki sabit iqtisadi mühiti nəzərə alaraq düşünürük ki, səhmdarlar üçün cəlbedici və davamlı gəlir imkanı formalaşacaq.

Hazırda əsas çərçivəni paylaşırıq, proses artıq rəqəmlərlə işlənən mərhələyə keçib. Əlavə maliyyə parametrləri ilə bağlı məlumatları növbəti həftələrdə ictimaiyyətə təqdim edəcəyik. Yəni bazara yeni və alternativ investisiya aləti çıxarırıq".

Bankın sədri bir daha qeyd edib  ki, Paşa Bank illər boyu 35–40% dividend ödəniş siyasətinə sadiq qalıb və bu da potensial investorlar üçün mühüm üstünlükdür.

Xəbər verdiyimiz imi, “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə başlayıb. “PAŞA Bank”ın kapitalının 5%-nin və ya 932 min 926 ədəd adi, adlı səhmin bazara təqdim olunması nəzərdə tutlur. Səhmlərə abunə yazılışına Aprel ayında başlanılması May ayında yekunlaşdırılması planlaşdırılır.

28.01.2026 10:47

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18