Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Gənclər Günü ərəfəsində Azercell-in dəstəyi ilə informatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan Azərbaycan milli komandasının üzvləri şirkətin qonağı olub. Görüş gənc istedadların beynəlxalq arenada əldə etdikləri nailiyyətləri, eləcə də bu uğurların arxasında dayanan uzunmüddətli və sistemli əməkdaşlıq modelini ön plana çıxarıb.

Reklam_3_11

Tədbirdə “Azercell Telekom” MMC-nin Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, şirkətin nümayəndələri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, eləcə də milli yığmanın müəllimləri iştirak ediblər.

Qeyd edək ki, Azercell və Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında informatika üzrə milli yığmanın hazırlanması istiqamətində əməkdaşlıq 2017-ci ildən etibarən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində şagirdlər üçün əlavə hazırlıq dərsləri təşkil olunur, beynəlxalq olimpiadalara sistemli hazırlıq prosesi dəstəklənir, eləcə də gənclərin proqramlaşdırma və İT sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verilir. Hazırda proqram çərçivəsində illik olaraq 90 şagird əlavə hazırlıq prosesinə cəlb olunur.

Bu müddət ərzində milli yığmanın üzvləri informatika üzrə nüfuzlu beynəlxalq və regional olimpiadalarda uğurla çıxış edərək 6 qızıl, 33 gümüş və 65 bürünc olmaqla ümumilikdə 104 medal qazanıblar.

Tədbiri açan Sona Abbasova bildirib: “Şirkətimiz istedadlı gənclərin  inkişafına, İT və proqramlaşdırma istiqamətlərində bilikyönümlü və ixtisaslı insan kapitalının formalaşmasına xüsusi diqqət yetirir. Sizin beynəlxalq olimpiadalarda əldə etdiyiniz nəticələr bizi həm qürurlandırır, həm də bu təşəbbüsün əhəmiyyətini bir daha gündəmə gətirir.  İnanıram ki, bu gün dəstək göstərdiyimiz gənclər sabah ölkənin texnoloji inkişafına töhfə verən peşəkar kadrlara çevriləcəklər”. 

Fuad Qarayev də bu tərəfdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib:

“Azercell-in dəstəyi sayəsində informatika üzrə milli komandanın  üzvləri beynəlxalq yarışlara daha sistemli və peşəkar şəkildə hazırlanır. Şagirdlər üçün əlavə hazırlıq dərslərinin təşkili, məqsədyönlü hazırlıq proqramlarının həyata keçirilməsi və xüsusi tədris mühitinin yaradılması gənclərin potensialının üzə çıxarılmasına şərait yaradır. Bu cür kompleks yanaşma onların beynəlxalq olimpiadalarda göstərdikləri nəticələrə birbaşa təsir göstərir və eyni zamanda, ölkədə yeni nəsil İT və İKT mütəxəssislərinin formalaşmasına töhfə verir”.

Tədbirin sonunda informatika üzrə beynəlxalq olimpiadaların medalçıları sertifikatlar və hədiyyələrlə təltif olunublar.

Azercell Gənclər Günü Beynəlxalq İnformatika Olimpiadası informatika üzrə milli komanda Azercell gənclərə dəstək IT və proqramlaşdırma gənc istedadlar beynəlxalq olimpiadalar Azərbaycan milli yığması Azercell Təhsil İnstitutu əməkdaşlığı informatika hazırlıq proqramı proqramlaşdırma bacarıqları şagirdlər üçün əlavə dərslər İT təhsili Azərbaycanda gənclərin texnoloji inkişafı insan kapitalının inkişafı Azercell sosial məsuliyyət informatika olimpiada medalları qızıl gümüş bürünc medal Azərbaycan gəncləri İKT mütəxəssisləri təhsil və texnologiya əməkdaşlığı Azercell Telekom MMC milli komanda nailiyyətləri
02.02.2026 20:02

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar