"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Bank"ın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB-/B” səviyyəsində təsdiqləyərək, reytinq proqnozunu “müsbət”ə yüksəldib.
"S&P Global Ratings"in qərarı ilə bağlı fikrini bölüşən "PAŞA Bank"ın Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, bu addım bankın maliyyə dayanıqlığının və strateji inkişaf xəttinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir:
“S&P Global Ratings" tərəfindən proqnozumuzun "müsbət"ə yüksəldilməsi bankın möhkəm maliyyə göstəricilərinin, ehtiyatlı risk idarəçiliyinin və fəaliyyət göstərdiyimiz mühitin dayanıqlığının təsdiqidir. Biz strateji prioritetlərimiz çərçivəsində davamlı artımın, güclü kapitallaşmanın və yüksək korporativ idarəetmə standartlarının qorunmasına sadiqik”.
O əlavə edib ki, Bank bundan sonra da uzunmüddətli dəyər yaradılması, maliyyə dayanıqlığının möhkəmləndirilməsi və səhmdarlar üçün etibarlı tərəfdaş mövqeyinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək.
"PAŞA Bank" 2007-ci ildə yaradılıb və Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir.
Bankın əsas fəaliyyəti qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sektorun maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. "PAŞA Bank" Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.
PAŞA Bank beynəlxalq maliyyə nəşri “International Investor Magazine” tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsas kateqoriyada – “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb.
Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə “Euromoney”, “International Investor Magazine” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlara, o cümlədən “Ən yaxşı KOS Bankı” və “World’s Best Private Banks 2025” titullarına layiq görülüb.
Eyni zamanda, Bank 2025-ci ildə “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 2 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı



























