Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb

"Goldman Sachs" İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT və ya OECD) ölkələrində ehtiyatlarının gözləniləndən aşağı səviyyədə qalmasını əsas gətirərək 2026-cı ilin dördüncü rübü üçün Brent və WTI üzrə qiymət proqnozlarını hər biri üzrə 6 dollar artırıb. Bank qlobal təklif profisiti ilə bağlı gözləntisini isə dəyişməyib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın investisiya bankı "Goldman Sachs" 2026-cı ilin dördüncü rübünə dair neft qiyməti proqnozlarına yuxarı yönlü düzəliş edib.

Marja xəbər verir ki, bank Brent nefti üçün qiymət proqnozunu 60 dollara, West Texas Intermediate (WTI) nefti üçün isə 56 dollara yüksəldib. Hər iki neft üzrə artım 6 dollar təşkil edib.

Reklam_3_11

Proqnozun dəyişdirilməsinə səbəbi kimi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT və ya OECD) ölkələrində neft ehtiyatlarının gözləniləndən aşağı səviyyədə olması göstərilib.

Bank İrandan qaynaqlanacaq təklif kəsintisi gözləmədiyini vurğulayıb və 2026-cı il üçün gündəlik 2,3 milyon barel həcmində qlobal təklif profisiti proqnozunu qüvvədə saxladığını bildirib.

Açıqlamada Asiyada iqtisadi artımın müəyyən qədər yavaşlayacağı gözləntisi səbəbilə həm təklif, həm də tələbat tərəfdə gündəlik 0,2 milyon barel həcmində aşağı yönlü düzəliş edildiyi qeyd olunub.

Həmçinin "Goldman Sachs" İran və ya Rusiyaya qarşı sanksiyaların yumşaldılması halında bazalarda qlobal ehtiyat artımının sürətlənə və uzunmüddətli perspektivdə təklifin arta biləcəyini qeyd edib. Bu ssenaridə Brent üçün 5 dollar, WTI üçün isə 8 dollar aşağı yönlü riskin mövcud olduğu vurğulanıb.

Hazırda beynəlxalq bazarlarda Brent nefti 71 dollar səviyyələrində ticarət olunur.

23.02.2026 16:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18