Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın pizza restoranları şəbəkəsi biznesin genişləndirilməsi üçün 4 milyon manat kredit alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın pizza restoranları şəbəkəsi biznesin genişləndirilməsi üçün 4 milyon manat kredit alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AccessBank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda özəl sahibkarlığın dəstəklənməsi və inkişafına yönəlmiş Risklərin Bölüşdürülməsi Proqramı (Risk Sharing Facility) çərçivəsində strateji tərəfdaşlıqlarını davam etdirirlər.

Əməkdaşlığın növbəti mərhələsi çərçivəsində maliyyə dəstəyi Pizza Mizza şirkətinə təqdim olunub. Razılaşmaya əsasən, şirkətə biznesin genişləndirilməsi və bazar mövqelərinin möhkəmləndirilməsi məqsədilə 4 milyon manat məbləğində kredit ayrılacaq.

Sənədi AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri, AYİB-in Kiçik və Orta Biznesin Maliyyələşdirilməsi və İnkişafı Qrupunun İdarəedici Direktoru Zsuzsanna Hargitai və Pizza Mizza-nın Baş direktoru Aslan Hajiyev imzalayıblar.

Risklərin Bölüşdürülməsi Proqramı layihələrin maliyyələşdirilməsində tərəflərin bərabər iştirakını nəzərdə tutur. Bu mexanizm banka dinamik inkişaf edən şirkətləri daha fəal şəkildə dəstəkləməyə, kredit risklərini azaltmağa və maliyyələşmənin davamlılığını təmin etməyə imkan verir.

Risklərin Bölüşdürülməsi özəl sektorun inkişafının stimullaşdırılması üçün effektiv alət hesab olunur. Proqram çərçivəsində müəssisələr biznesin miqyasının genişləndirilməsi, innovativ həllərin tətbiqi və yeni iş yerlərinin yaradılması üçün zəruri olan uzunmüddətli maliyyə resurslarına çıxış əldə edirlər.

AccessBank və AYİB əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsini ölkədə sahibkarlıq mühitinin maliyyə dayanıqlığının gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirirlər.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-i bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 

AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

XXX

"AccessBank" və Avropa Yenidənqurma və İnkişaf Bankı Risklərin Bölüşdürülməsi Proqramı çərçivəsində Azərbaycanın "Pizza Mizza" şirkətinə biznesin genişləndirilməsi və bazar mövqeyinin gücləndirilməsi məqsədilə 4 milyon manat məbləğində kredit ayırıb.

Bu addım Azərbaycanda özəl sahibkarlığın dəstəklənməsinə yönəlmiş strateji əməkdaşlığın növbəti mərhələsidir.

İş elanları AzVak.az-da

AccessBank Avropa Yenidənqurma və İnkişaf Bankı Risklərin Bölüşdürülməsi Proqramı Azərbaycanda özəl sektorun maliyyələşdirilməsi MKOB kreditləşmə biznes genişləndirilməsi krediti 4 milyon avro kredit Azərbaycan Pizza Mizza maliyyə dəstəyi strateji tərəfdaşlıq proqramı sahibkarlığın inkişafı Azərbaycan risk sharing facility Davit Tsiklauri Zsuzsanna Hargitai Aslan Hajiyev mikromaliyyələşdirmə bazarı Azərbaycan biznes kreditləri ölkədə uzunmüddətli maliyyə resursları AccessBank filialları Azərbaycan
05.03.2026 11:16

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18