“Prime Cotton” şirkəti “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə təltif olunub
(®) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumu çərçivəsində vergi ödəyiciləri arasında fərqlənən şirkətlər mükafatlandırılıb. Tədbir zamanı "Prime Cotton" MMC “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə təltif olunub.
Forumda Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, dövlət qurumlarının nümayəndələri və biznes ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Çıxışlarda ölkədə makroiqtisadi sabitliyin qorunması, vergi sistemində aparılan islahatlar, rəqəmsal transformasiya və data əsaslı idarəetmə modelinin tətbiqi kimi mühüm məsələlər müzakirə olunub.
Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyiciləri mükafatlandırılıb. "Prime Cotton" MMC-nin “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə təltif olunması şirkətin son illərdə beynəlxalq sertifikatlar əldə etməsi nəticəsində qlobal bazarlarda mövqeyini genişləndirməsi, ixrac potensialını artırması və Azərbaycanın qeyri-neft sektorunun inkişafına verdiyi töhfənin göstəricisi kimi qiymətləndirilib.
Bu mükafat həmçinin Azərbaycanın pambıq və tekstil sənayesinin qlobal bazarda rəqabət qabiliyyətinin artdığını, yerli şirkətlərin ixrac istiqamətində əldə etdiyi uğurların daha da genişləndiyini nümayiş etdirir.
Prime Cotton MMC bundan sonra da dayanıqlı inkişaf, keyfiyyətli istehsal və ixrac potensialının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafına töhfə verməyi hədəfləyir.
"Prime Cotton" MMC-nin Baş İcraçı direktoru Rövşən Mahmudov mükafatla bağlı bildirib:
“Bu mükafat Prime Cotton komandası üçün böyük qürur və məsuliyyətdir. Bizim əsas məqsədimiz Azərbaycan pambıq və tekstil məhsullarını beynəlxalq bazarlarda daha geniş tanıtmaq, ixrac imkanlarımızı artırmaq və ölkəmizin qeyri-neft sektorunun inkişafına davamlı töhfə verməkdir. Gələcəkdə də innovativ yanaşma və yüksək keyfiyyət standartları ilə fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq.”
Qeyd edək ki, Prime Cotton MMC — 30 ildən artıq təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biridir. “GP Cotton Holdings” qrupunun tərkibinə daxil olan şirkət pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Prime Cotton müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım














.jpg)


.jpg)







