Palma yağı qiymətlərində artım davam edir
Palma yağı qiymətləri dünyanın əsas istehsalçıları olan İndoneziya və Malayziyada təklifin məhdudlaşacağı gözləntiləri və yüksək səviyyədə qalan neft qiymətlərinin bioyanacaq tələbatını artırması fonunda üçüncü gündür yüksəlir.
Palma yağı qiymətləri əsas istehsalçı ölkələrdə təklifin azalacağı ehtimalı ilə yüksəlməkdə davam etdirir.
Marja xəbər verir ki, yüksək xam neft qiymətləri bioyanacaqları daha cəlbedici etdiyindən bazara əlavə dəstək verir (Hal-hazırda bioyanacağın istehsalı üçün xammalın əsas mənbəyi qarğıdalı, şəkər qamışı və bitki yağlarıdır (palma, raps və soya). Beləliklə, qiymətlər həftəlik müqayisədə ardıcıl ikinci dəfə artım istiqamətində hərəkət edir.
Bloomberg agentliyinin məlumatına görə, dünyanın ən böyük palma yağı istehsalçısı olan İndoneziyada bu il istehsal artımının nəzərəçarpacaq dərəcədə yavaşlayacağı gözlənilir. İndoneziya Palma Yağı Assosiasiyasının proqnozuna əsasən, yay aylarına doğru El Niño hava hadisəsinin baş verməsi məhsuldarlıq və keyfiyyətə mənfi təsir göstərə bilər. Buna görə də ölkədə palma yağı istehsalının bu il cəmi 1–2% artacağı gözlənilir. Halbuki ötən il istehsal 7,2% artmışdı.
Malayziyada da vəziyyət güclü təklif artımına işarə etmir. Bazardakı iştirakçıların qiymətləndirməsinə görə, mart ayının ilk 10 günündə istehsal artımı cəmi 1% səviyyəsində olub. Malayziya Palma Yağı Şurasının məlumatına əsasən isə fevral ayında istehsal 19% azalaraq ardıcıl dördüncü aylıq geriləməni qeydə alıb.
Bu dövrdə istehsalın zəifləməsinə mövsümi və sosial amillər də təsir edir. Ramazan ayında iş tempinin azalması və Ramazan Bayramı ərəfəsində bəzi plantasiya işçilərinin növbələrini azaltması istehsala mənfi təsir göstərir.
Neft bahalaşdıqca bioyanacaq daha cəlbedici olur
Bazarda qiymətləri dəstəkləyən digər amil enerji sektorudur. Yüksək neft qiymətləri palma yağını bioyanacaq istehsalı üçün daha cəlbedici edir və bu da tələbat gözləntilərini gücləndirir. Malayziyanın milli valyutası olan Malayziya ringgitinin son dövrlərdə sabitləşməsi də qiymətlərə dəstək verən amillərdən sayılır.
Bununla yanaşı, bazar üçün müəyyən risklər də mövcuddur. Yaxın Şərqdəki münaqişənin uzanması qlobal iqtisadi perspektivin zəifləməsinə və tələbatın azalmasına səbəb ola bilər. Eyni zamanda Cənubi Amerikada soya məhsulunun bazara daxil olması bitki yağları bazarında rəqabəti gücləndirə bilər.
Qiymətlər
Bursa Malaysia Derivatives (BMD) birjasında may fyuçersli palma yağı kontraktı gün ərzində 1,5%-ə qədər artaraq ton başına 4607 ringgitə yüksəlib. Günortaya doğru qiymət 4597 ringgit səviyyəsində sabitləşib. İlin əvvəlindən bəri artım 13%-ə çatıb.
Digər bazarlarda isə:
Çikaqoda may fyuçersi üzrə soya yağı 0,3% bahalaşaraq funt başına 67,21 sent olub.
Dalian Əmtəə Birjasında may fyuçersli rafinə edilmiş palma yağı 0,4% bahalaşaraq 1 tonu 9 718 yuan səviyyəsinə yüksəlib.
Eyni birjada may fyuçersli soya yağı da 0,6% bahalaşaraq 8 680 yuan olub.
Bloomberg məlumatına görə, soya yağının palma yağı üzərində qiymət üstünlüyü ton başına təxminən 310 dollara yüksəlib ki, bu da son bir ilin orta göstəricisi olan 141 dollardan xeyli yüksəkdir. Palma yağının ağ neft və ya kerosin ilə olan qiymət fərqi isə ton başına təxminən 47 dollar təşkil edir ki, bu da son bir ilin 312 dollarlıq orta göstəricisindən aşağıdır.
Ümumilikdə, bazar qısamüddətdə məhdud təklif və yüksək enerji qiymətlərinin təsiri ilə yüksəliş meylini qoruyur. Lakin geosiyasi risklərin artması və qlobal tələbatın zəifləməsi halında palma yağı bazarında tarazlıq yenidən dəyişə bilər.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
6 saat əvvəl
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
-
-
8 saat əvvəl
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
-
9 saat əvvəl
Mis bazarında "ralli": 14 000 dollar həddi test edildi - Yeni rekordlar gözlənilir
- 9 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb
-
10 saat əvvəl
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
-
11 saat əvvəl
Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib
-
11 saat əvvəl
Bakı Fond Birjasında “PAŞA Bank”ın müraciətinə baxılıb, qərar qəbul edilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
eBay 56 milyard dollarlıq satınalma təklifinə “yox” dedi
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Faciə xəbərini oxuyuruq, amma dərs çıxarmırıq. Niyə?
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət - 47 milyon sərmayə yatırıb, siqaret istehsal edəcək
Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış olub
PAŞA Bank səhmlərinə abunə yazılışının müddətini uzatdı
Ağacdan sənayedə istifadəyə dair qanun layihəsi hazırlanır














.jpg)








