"ABŞ və Avropanın Ukraynada etdiklərini Rusiya İranda edir"
İddialara görə, Rusiya İrana peyk görüntüləri və inkişaf etmiş pilotsuz uçuş aparatı (PUA/İHA) texnologiyası verir.Wall Street Journal (WSJ) qəzetinin mövzu ilə bağlı məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, Rusiya İran ilə kəşfiyyat məlumatlarının paylaşımını və hərbi əməkdaşlığı genişləndirir. İddiaya görə, Rusiya İrana hücum qabiliyyətini artırmaq məqsədilə peyk görüntüləri və inkişaf etmiş PUA texnologiyası verir.
Mənbələr bildirir ki, Rusiya həmçinin “Shahed” tipli İran istehsalı PUA-ların mühüm hissələrini də İrana təmin edib. Bu yolla İranın kommunikasiya, naviqasiya və hədəf təyini imkanlarının artırılması hədəflənir.
Əlavə olaraq, Rusiya Ukraynada əldə etdiyi əməliyyat təcrübəsini İrana ötürüb. Yüksək vəzifəli bir Avropa kəşfiyyat rəsmisi iddia edib ki, Rusiya əməliyyatlarda neçə ədəd pilotsuz uçuş aparatının istifadə olunacağı və hansı hündürlükdən zərbə endiriləcəyi barədə İrana taktiki məlumat verib.
Bundan əlavə, Rusiyanın İrana Orta Şərqdakı ABŞ hərbi qüvvələrinin mövqeləri ilə bağlı kəşfiyyat məlumatlarını verdiyi idiia olunur.
Ukraynada ABŞ və Avropanın roluna cavab
İki ölkə arasındakı əməkdaşlığın son dövrlərdə daha da dərinləşdiyi, Rusiyanın İrana birbaşa peyk görüntüləri verdiyi qeyd olunur. Rusiyanın bu kəşfiyyat məlumatları İrana bölgədəki ABŞ radar sistemlərinə qarşı son hücumlarında həlledici rol oynayıb.
Analitiklər bildirir ki, bu dəstək ABŞ və Avropa müttəfiqlərinin son illərdə Ukraynaya verdiyi kəşfiyyata bənzəyir.
Bu taktika ilə İranın ABŞ və Körfəz ölkələrinə aid hərbi hədəflərə qarşı hücumlarının uğur nisbəti artıb.
Rusiyanın bu addımları İrana ABŞ və İsrail qarşısında müqavimətini artırmaq, bu qarşıdurma mühitindən hərbi və iqtisadi fayda əldə etmək və Moskva rəhbərliyinin bu vəziyyəti davam etdirmək istədiyini göstərir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 1 d. əvvəl
-
53 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























