Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İki dövlət agentliyi birləşdirilir - FƏRMAN

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb.

Marja.az xəbər verir ki, Fərmana əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir.

Reklam_3_11

Fərman ilə tapşırılıb ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılsın.

Fərmnda deyilir:

3. Müəyyən edilsin ki:

3.1. Agentlik Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirir, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərir;

3.2. Agentlik İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin (bundan sonra – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin (bundan sonra – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 3.3-cü və 3.4-cü bəndləri nəzərə alınmaqla) Agentliyə keçir;

3.3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçir;

3.4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki reabilitasiya müəssisələri bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra – Sosial Xidmətlər Agentliyi) keçir;

3.5. Agentliyin nizamnamə fondu bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ona keçən əmlak hesabına formalaşır;

3.6. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 5 (beş) üzvdən – sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti yaradılır;

3.7. Agentliyin fəaliyyəti dövlət büdcəsinin, icbari tibbi sığorta fondunun vəsaiti və nizamnaməsində müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir.

4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. idarəetmə orqanlarının yaradılması;

4.1.3. yenidən təşkil və ləğv edilməsi;

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

4.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə:

4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

5.1.1. bu Fərmanın 1 – 3-cü hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;

5.1.2. Agentliyin nizamnaməsinin layihəsi, o cümlədən nizamnamə fondunun miqdarı;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək:

6.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu Fərmanın 7.1-ci bəndi nəzərə alınmaqla öz fəaliyyətini davam etdirsinlər;

6.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə olunması bu Fərmanın 7.1-ci bəndinə uyğun olaraq yaradılan komissiya tərəfindən həyata keçirilsin.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

7.1. bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, həmin hissədə nəzərdə tutulan publik hüquqi şəxslərin təhvil-təslim işlərinin təşkili və Agentlik fəaliyyətə başlayanadək idarə edilməsi üçün rəhbəri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olmaqla komissiya yaradılmasını təmin etsin;

7.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin balansında olan əmlakın (bu Fərmanın 3.4-cü bəndi nəzərə alınmaqla) Agentliyin balansına verilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görülməsini təmin etsin;

7.3. bu Fərmanın 3.4-cü bəndinə uyğun olaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilməsini üç ay müddətində təmin etsin;

7.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin dövlət qeydiyyatına alınması ilə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş zəruri tədbirləri həyata keçirsin;

7.5. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

icbari tibbi sığorta tibbi sığorta islahatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Sosial Xidmətlər Agentliyi tibbi sığorta idarəetməsi dövlət agentliklərinin birləşdirilməsi tibbi xidmətlərin maliyyələşdirilməsi icbari tibbi sığorta fondu səhiyyə islahatları Azərbaycan tibbi xidmətlər zərfi dövlət büdcəsi maliyyələşməsi əlilliyin müəyyən edilməsi tibbi ekspertiza reabilitasiya xidmətləri sosial müdafiə sistemi səhiyyə idarəetməsi publik hüquqi şəxs tibbi xidmətlərin mərkəzləşdirilməsi səhiyyə sektorunda yeniliklər Azərbaycan səhiyyə sistemi tibbi sığorta qanunvericiliyi İlham Əliyev fərmanı
19.03.2026 18:04

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18