“Qala Sığorta”nın mənfəəti azalıb
Qala Sığorta 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkət hesabat ilini 11 milyon 931 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici əvvəlki illə müqayisədə 19,8 % azalma deməkdir.
Maliyyə hesabatına əsasən, ötən il şirkətin gəlirləri 84 milyon 617 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 8,3 % artım deməkdir. Eyni dövrdə xərclər 69 milyon 714 min manat olub və 16,4 % artıb. Şirkətin mənfəət vergisi üzrə ödənişləri isə 2 milyon 973 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 12 % azdır.
2026-cı ilin 1 yanvar tarixinə olan göstəricilərə görə, Qala Sığorta-nın aktivləri 90 milyon 132 min manata çatıb və illik müqayisədə 3,6 % artıb. Hesabat dövründə öhdəliklər 60 milyon 917 min manata yüksələrək 9,3 % artım göstərib. Bununla yanaşı, balans kapitalı 29 milyon 216 min manata enərək 6,6 % azalıb.
Qeyd edək ki, Qala Sığorta 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Şirkətin nizamnamə kapitalı 10 milyon 18 min manatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 36 d. əvvəl
-
57 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi




















