"Geyim pərakəndəsi sektorunda ədalətsiz mühit, yerli istehsalın inkişafına məhdudiyyətlər var"
Azərbaycan geyim pərakəndəsi: potensial, reallıq və itirilən imkanlar.Region ölkələrinin son iqtisadi göstəricilərinə baxdıqda Azərbaycanın dinamikası xüsusi diqqət çəkir. Rəsmi rəqəmlərə əsasən, ölkə iqtisadiyyatı -0.3% daralma nümayiş etdirdiyi halda, regionda əks tendensiya müşahidə olunur:
Qırğızıstan: +8.8%
Gürcüstan: +8.4%
Özbəkistan: +7%+
Bu fərq təsadüfi deyil. Əsas səbəblərdən biri idxalın kəskin azalması və bunun fonunda alıcılıq qabiliyyətinin zəifləməsidir. Bu isə birbaşa biznesin investisiya aktivliyinə təsir edir.
Sadə dillə desək: ölkədə maliyyə resursları var, amma bu resurslar real iqtisadiyyata – istehsala və sahibkarlığa kifayət qədər yönəlmir.
Pərakəndə geyim sektoru: daxili bazarın limitləri
Geyim retail sektoru bu makro trendlərin birbaşa təsiri altındadır. Hazırda bazarın böyük hissəsi yalnız yerli istehlakçıya fokuslanıb. Lakin daxili bazarın alıcılıq gücü mövcud təklifi tam mənimsəməyə yetərli deyil.
Nəticə:
- davamlı endirim kampaniyaları,
- marjaların azalması,
- satışların qeyri-sabitliyi,
- Fiskal yük və struktur problemi.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Geyim məhsullarında təxminən 15% gömrük rüsumu, 18% ƏDV tətbiq olunur. Problem yalnız yükün yüksəkliyi deyil, onun strukturudur. Diferensial ƏDV sistemi yoxdur,yerli istehsal zəif olduğu halda idxal bahalaşdırılır. Bu isə paradoks yaradır: bazarda yerli alternativ yoxdur, amma idxal süni şəkildə bahalaşır. Nəticədə məhsul qiymətləri artır alıcılıq qabiliyyəti daha da zəifləyir, bazar kiçilir.
Qeyri-bərabər rəqabət mühiti
Bu gün xarici onlayn platformalardan 300 dollara qədər alış-veriş gömrük rüsumu, ƏDV, sertifikat tələbləri olmadan həyata keçirilir. Eyni zamanda fiziki mağazalar bütün vergiləri ödəyir, uyğunluq, gigeynik və sertifikat proseslərindən keçir. Bu isə bazarda açıq şəkildə ədalətsiz rəqabət mühiti yaradır. Üstəlik saxta məhsulların yayılması “karqo” kanalları ilə aşağı invoysla idxal rəsmi retail üçün əlavə təzyiq formalaşdırır.
Yerli istehsal: potensial var, mühit yoxdur
Yerli istehsalın inkişafı aşağıdakı səbəblərlə məhdudlaşır:
- təşviq mexanizmlərinin zəifliyi
- xammal və hazır məhsul üçün eyni rüsum yanaşması
- yüksək istehsal xərcləri
- istehlakçı etimadının aşağı olması
Nəticədə yerli brendlər bazara daxil olsa belə, qiymət və brend gücü baxımından rəqabətdə geri qalır.
Turizm və retail: istifadə olunmayan potensial
Dünya təcrübəsi göstərir ki, retail sektorunun inkişafında turizm həlledici rol oynayır.
Azərbaycanda isə alış-veriş turizmi formalaşmayıb, turist axını retail satışlara ciddi təsir etmir.Bu isə bazarın əlavə böyümə mənbəyini məhdudlaşdırır.
Əməliyyat xərcləri və icarə təzyiqi
Ticarət mərkəzlərində icarə haqlarının artımı (bu ayda növbəti 6% artım oldu):
- qiymətlərin yüksəlməsinə
- investisiya risklərinin artmasına
- bəzi hallarda bazardan çıxışlara səbəb olur.
Problem resursda deyil, istiqamətdədir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Mövcud vəziyyət göstərir ki, əsas problem resurs çatışmazlığı deyil, bu resursların düzgün yönəldilməməsidir.
Əgər fokus aşağıdakılara yönəlsə:
- istehsal,
- sahibkarlığın dəstəklənməsi,
- bazarın stimullaşdırılması.
onda:
- bazar böyüyər,
- sahibkar qazanar,
- investisiya artar.
Nə etmək lazımdır?
- pərakəndə və e-ticarət qanunvericiliyinin yenilənməsi
- diferensial ƏDV modelinin tətbiqi
- onlayn satış kanallarının tənzimlənməsi
- yerli istehsal üçün təşviq proqramları
- gömrük siyasətinin balanslaşdırılması
- retail və turizmin paralel inkişafı
- dövlət səviyyəsində strateji yol xəritəsi
Yekun olaraq qeyd edim ki Azərbaycan geyim pərakəndəsi sektoru böyük potensiala malikdir.
Lakin bu potensialın reallaşması bazarın təkbaşına fəaliyyəti ilə mümkün deyil. Bu sahədə davamlı inkişaf üçün vacibdir:
- ədalətli rəqabət mühiti
- balanslı vergi və gömrük siyasəti
- strateji dövlət yanaşması
Əks halda, region böyüyərkən Azərbaycan bu yarışda geridə qalmağa davam edəcək.
Müəllif: Tekstil sənayesi üzrə peşəkar marketoloq və sahə üzrə ekspert Elxan Mərdanlı
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
-
12 d. əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
1 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
1 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Click to Pay with Visa" — "Epoint"də onlayn "checkout" üçün yeni standart
-
1 saat əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN






.jpg)













.jpg)

