Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO

Görüşlərdə boru məhsullarının tədarükü, keyfiyyət və sertifikatlaşdırma tələbləri, habelə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
AzVak-mobil_resmin_ustu_31
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
BSC stendi — Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisi
iç səhifə xəbər şəkil altı (mobil)_32

Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsi olan “Baku Steel Company” QSC (BSC) 31-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində (Caspian Oil & Gas 2026) Gold Sponsor statusunda iştirak edib. Tədbir 1–3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilib və 46 ölkədən 276 şirkəti bir araya gətirib.

BSC stendində beynəlxalq standartlara, o cümlədən API tələblərinə uyğun istehsal edilən neft-qaz sektoru üçün boru məhsulları xüsusi diqqət cəlb edib. Ekspozisiya BSC-ni tikinti, sənaye və neft-qaz sahələri üçün polad məhsulların milli istehsalçısı kimi təqdim etməyə imkan verib.

Sərgi çərçivəsində şirkət nümayəndələri tərəfdaşlar, potensial sifarişçilər və ixtisaslaşmış qurumlarla görüşlər keçirib. Görüşlərdə boru məhsullarının tədarükü, keyfiyyət və sertifikatlaşdırma tələbləri, habelə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tədbirin yekununda təşkilatçılar BSC-yə sponsor dəstəyinə görə təşəkkürlərini bildirib və şirkətin iştirakını xatirə kompozisiyası ilə qeyd ediblər.

ŞİRKƏT HAQQINDA

“Baku Steel Company” QSC — Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Müasir Avropa texnologiyaları əsasında fəaliyyət göstərən şirkət tikinti, infrastruktur və sənaye sahələri üçün yüksəkkeyfiyyətli polad məhsullar — armatur, tikişsiz borular və ferroərintilər istehsal edir. BSC məhsulları beynəlxalq sertifikatlaşdırma tələblərinə cavab verir və ABŞ, Avropa İttifaqı və digər ölkələrin bazarlarına ixrac olunur.

Ətraflı məlumat: www.bakusteel.com

 Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisində BSC stendindən şəkillər

Baku Steel Company BSC Caspian Oil & Gas 2026 Xəzər Neft və Qaz Sərgisi Bakı Enerji Həftəsi Baku Steel Company Caspian Oil Gas BSC Gold Sponsor Baku Steel Company sərgi Bakı Ekspo Mərkəzi metallurgiya müəssisəsi Cənubi Qafqaz metallurgiya polad məhsulları neft-qaz boruları API standartları tikişsiz borular BSC boru məhsulları neft-qaz sektoru polad istehsalı Azərbaycan metallurgiya sənayesi Baku Steel Company məhsulları sənaye məhsulları tikinti materialları armatur istehsalı ferroərintilər beynəlxalq sertifikatlı məhsullar Azərbaycan polad ixracı BSC ixrac Caspian Oil and Gas sərgisi Bakı Enerji Həftəsi 2026 Baku Steel Company QSC
05.06.2026 15:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19