Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

Yerləşdirmə nəticəsində nəzərdə tutulan 51,3 milyon AZN həcmində emissiyaya qarşı abunə yazılışı çərçivəsində təxminən 66,3 milyon AZN məbləğində sifariş qeydə alınıb
AzVak-mobil_resmin_ustu_31
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

19 iyun tarixində Bakı Fond Birjasında PAŞA Bankın səhmlərinin ilkin kütləvi təklifinin (IPO) yerləşdirilməsi uğurla yekunlaşıb. Bakı Fond Birjasının Listinq Komitəsinin 3 aprel 2026-cı il tarixli qərarına əsasən Bankın səhmləri ticarətə icazə verilib və emissiya çərçivəsində nəzərdə tutulan 932 926 ədəd sənədsiz adlı adi səhmin yerləşdirilməsi tamamlanıb. 

PAŞA Bankın yaydığı press-relidə bildirilir ki, yerləşdirmə nəticəsində nəzərdə tutulan 51,3 milyon AZN həcmində emissiyaya qarşı abunə yazılışı çərçivəsində təxminən 66,3 milyon AZN məbləğində sifariş qeydə alınıb. Ümumilikdə təxmini 18 000-ə yaxın unikal investor, 20 000-dən çox sifariş təqdim olunub. Bu göstəricilər təklif edilən səhmlərə yüksək marağın olduğunu və PAŞA Bankın inkişaf strategiyasına, eləcə də Azərbaycanın kapital bazarlarının gələcək potensialına olan etimadı bir daha nümayiş etdirir.

PAŞA Bank səhmlərinin yerləşdirilməsinin investor strukturu və digər göstəricilər barədə daha ətraflı məlumat növbəti həftə ictimaiyyətə təqdim olunacaq. 

Qeyd edilib ki, PAŞA Bank fəaliyyətində qeyri-neft sektorunun inkişafını, real sektorun maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas strateji prioritetlərdən biri kimi müəyyən edib. Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə fəaliyyət göstərən Bank, müştəri ehtiyacları ətrafında formalaşdırılmış həllər və dayanıqlı inkişaf yanaşması ilə regionda biznesin etibarlı tərəfdaşlarından biri kimi çıxış edir.

İş elanları AzVak.az-da

PAŞA Bank PAŞA Bank IPO PAŞA Bank səhmləri Bakı Fond Birjası BFB ilkin kütləvi təklif IPO Azərbaycanda PAŞA Bank səhmlərinin yerləşdirilməsi PAŞA Bank emissiyası PAŞA Bank investorları 51 3 milyon manat emissiya 66 3 milyon manat sifariş Azərbaycan kapital bazarı fond bazarı qiymətli kağızlar bazarı bank səhmləri səhmlərin yerləşdirilməsi pərakəndə investorlar investor tələbi PAŞA Bank press-reliz real sektorun maliyyələşdirilməsi qeyri-neft sektoru iqtisadiyyatın şaxələndirilməsi
19.06.2026 16:06
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19