Rusiyada problemli kreditlər 91 milyard dolları üstələyib
Rusiyanın bank sektorunda problemli kreditlərin həcmi 5,3 trln. rubl və ya 91,4 mlrd. ABŞ dolları təşkil edir.
"Reuters" agentliyi xəbər verir ki, bu məlumatı Rusiya Bankının (Mərkəzi Bank) rəhbəri Elvira Nabiullina "Rossiya 24" telekanalına müsahibəsində verib. Nabiullina bildirib ki, problemli kreditlərin həcmi məcmu kredit portfelinin 10%-dən də aşağıdır və hər hansı bir sistem riski təhlükəsi yoxdur.
"Rəsmi rəqəmlərə görə, problemli kreditlər adlandırdığımız 4-cü və 5-ci kateqoriyalı kreditlərin həcmi 5,3 trln. rubl təşkil edir və bunun, təxminən, 3,5 trln. rublu (60,3 mlrd. dollar) müəssisələrə, qalanı (31,1 mlrd. dollar) isə fiziki şəxslərə aiddir", - deyə baş bankir əlavə edib.
"Bank sektorunda, ümumiyyətlə, problemlər var. Lakin onlar sistem riski daşımır", - deyə E.Nabiullina vurğulayıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
-
5 saat əvvəl
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
- 5 saat əvvəl
-
6 saat əvvəl
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
-
6 saat əvvəl
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
-
6 saat əvvəl
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan–Belarus tikinti əməkdaşlığında yeni mərhələ
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır
Ən çox oxunanlar
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
PAŞA Bank Biznes tətbiqi yeniləndi
FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olmayıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib
TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi formalaşdırıldı


















