Bu da aqrar sektora verilən önəmin nəticəsi!
2016-cı ildə kənd təsərrüfatının ümumi məhsulu ötən illə müqayisədə 2,6%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8%, bitkiçilik məhsulları istehsalı isə 2,5% artıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı başa çatıb.
Bu il payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 997,5 min hektar əkin sahəsindən 3 mln. 65,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2% (65,7 min ton) çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.
2016-cı ildə 902,4 min ton və ya əvvəlki ilə nisbətən 7,5% çox kartof, 1 mln. 269,3 min ton (0,5% az) tərəvəz, 464,6 min ton (4,1% az) bostan məhsulları, 883,7 min ton (0,5% az) meyvə və giləmeyvə, 134,5 min ton (14,4% az) üzüm, 1 015,7 ton (75,4% çox) yaşıl çay yarpağı, 321,3 min ton (72,7% çox) şəkər çuğunduru, 17,1 min ton (9,3% az) dən üçün günəbaxan, 3 598,2 ton (3,8% çox) tütün yarpağı yığılıb.
Dekabr ayının 26-dək sahələrdən 87,2 min ton (2,5 dəfə çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib.
Bu il 523,8 min ton, yaxud əvvəlki ilə nisbətən 1,6% çox diri çəkidə ət, 2 009,9 min ton (4,4% çox) süd, 1 609,8 mlrd. ədəd (3,7% çox) yumurta, 16,7 min ton (2,1% az) yun istehsal olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























