İpoteka kreditlərinin şərtləri dəyişir DETALLAR
Azərbaycanda ipoteka kreditlərinin şərtlərində dəyişiklik edilib.
Bu Prezident İlham Əliyevin fərmanı ilə"Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası»na edilən dəyişiklik nəticəsində baş verib.
İpoteka ilə bahalı mənzillər də almaq olar
"Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası»na edilən dəyişikliyə görə, bundan sonra ipoteka krediti ilə orta bazar qiymətindən baha mənzillər də almaq olar. Məsələ bundadır ki, əvvəlki varianta görə, ipoteka kreditləri o evlərin alınmasına verilə bilərdi ki, həmin evlərin 1 kvadratmetrinin qiyməti yerləşdiyi ərazidəki orta bazar qiymətindən yüksək olmasın. İndi isə bu tələb yalnız güzəştli ipoteka kreditlərinə aiddir. Yəni yalnız güzəştli ipoteka krediti alanlar bahalı mənzil ala bilməzlər, adi ipoteka krediti götürənlər isə orta qiymətdən baha mənzillər də ala bilər.
Mənzillər hökmən təmirli olmalı deyil
Qaydaya edilən digər dəyişiklik isə ipoteka ilə satılan mənzillərin hökmən təmirli olması tələbini aradan qaldırıb. Belə ki, əvvəlki varianta görə, ipoteka krediti ilə yalnız təmirli mənzillər satıla bilərdi. Yeni variantda isə həmin hissə çıxarılıb. Yəni indii ipoteka kredit ilə təmirli olmayan evləri də almaq mümkündür.
İpoteka kreditinin maksimum məbləği də dəyişir
Digər mühüm yenilik ipoteka kreditinin maksimum məbləğinə aiddir. Qaydalardan maksimum məbləğlə bağlı tələb götürülüb. Belə ki, qaydaların əvvəlki variantına əsasən, ipoteka kreditinin maksimum məbləği Bakı şəhəri üzrə 7-ci zonada yerləşən, sahəsi 100 kvadratmetr olan təmirli yaşayış sahəsinin 1 kvadratmetrinin orta bazar qiyməti ilə hesablanmış dəyərindən artıq olmamalı idi. İndi isə bu hədd aradan qaldırılır – yarımbənddə bu tələb çıxarılıb. Əvəzində bildirilir ki, kreditin maksimum məbləği ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında İpoteka Fondunun Müşahidə Şurası tərəfindən müəyyən edilir. Başqa sözlə, ölkədəki sosial-iqtisadi vəziyyətdən asılı olaraq ipoteka kreditinin maksimum məbləği artıb-azala bilər.
İlkin ödəniş məbləği də dəyişib
Digər maraqlı yenilik ipoteka kreditinin alınan mənzilin dəyərinin hansı hissəsi qədər olmasına, daha sadə desək, müştəri tərəfindən ödənilən ilkin ödənişin məbləğinə aiddir.
Qeyd edək ki, güzəştli və güzəştsiz ipoteka kreditlərində bu məbləğlər fərqlidir. Yəni güzəştli kreditlərdə ilkin ödəniş daha az olur. Əvvəlki varianta görə, güzəştli ipoteka kredit veriləndə ilkin ödəniş 10% olmalı idi. Qalan 90% kredit şəklində veriləcəkdi. Yalnız müştəri rəsmi müraciət etdiyi təqdirdə, onun arzusu ilə ilkin ödəniş artırıla bilərdi. İndi isə bu məsələ bir qədər yumşaldılıb. Bildirilir ki, ilkin ödəniş 10%-dən az olmamalıdır. Amma müştəri istəsə daha artıq ödəniş edə bilər.
Adi ipoteka kreditlərində isə dəyişiklik daha ciddidir. Əvvəlki varianta görə, adi ipoteka kreditlərində ilkin ödəniş 15-25% arasında dəyişə bilərdi. Yəni 15%-dən az, 25%-dən isə çox olamalı idi. Bu məhdudiyyət ona səbəb olurdu ki, müştəri hətta daha artıq ilkin ödəniş etmək imkanı olsa da, maksimum 25% ödəyə bilərdi, qalan 75% isə kredit kimi götürülməli idi. İndi isə ilkin ödənişin yuxarı həddi götürülüb. Nəticədə müştəri azı 15% ilkin ödəniş etməlidir, amma müştərinin daha artıq ilkin ödəniş qabiliyyəti varsa, onu edə biləcək.
Daha bir kateqoriya güzəştli kredit alacaq
Növbəti dəyişiklik güzəştli kredit almaq hüququ olan kateqoriyaya aiddir. İndiyədək, güzəştli kredit üçün ən azı 15 il dövlət qulluğunda qulluq etmək lazımdır. Yeni varianta görə, həmin şəxslərlə yanaşı, azı 15 il dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər də güzəştli kredit ala bilərlər.
Banklara verilən faizlər də dəyişəcək
Nəhayət, sonuncu dəyişiklik, İpoteka Fondunun müvəkkil banklardan ipoteka kredinin hansı şərtlərlə almasına aiddir. Qaydanın əvvəlki variantına görə, Fond müvəkkil banklardan ipoteka kreditini kotirovka dərəcəsi ilə alır. Kotirovka dərəcəsi isə Fondun Müşahidə Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə müəyyən olunan illik faiz dərəcələrinin 70%-qədər olmalı idi. İndi 70%-lə əlaqədar olan tələb aradan qaldırılıb. Yeni varianta görə, kotirovka dərəcəsini Fondun Müşahidə Şurası müəyyən edəcək.
©Seyyah.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
-
4 saat əvvəl
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətilə “Birgə Yaşıl Enerji Sənaye Parkı”nı müzakirə etdi
-
5 saat əvvəl
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Sizin Lombard"a 7 illik müddətə 2 milyon manat lazımdır - İllik 15% ödəyəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
“Azərmaş Group”a 10 milyon manat pul lazımdır
SOCAR yeni şirkət yaradıb
Kapital Bank “Mashreq Bank”la tarixi sazişə imza atdı - 50 milyon dollar kredit cəlb edir
























