Azercell-in prezidenti qızıl medalla təltif olundu
Vahid Mürsəliyev “Ən yaxşı vətənpərvər müəssisə rəhbəri” kimi mükafatlandırldı
Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev ölkədə fəaliyyət göstərən ən aparıcı şirkətlərdən birində səmərəli rəhbərlik fəaliyyətinin nəticəsi kimi daha bir mükafata layiq görülüb.
Şirkət prezidenti “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər müəssisə rəhbəri” kimi qızıl medal və diplomla təltif olunub.
Mükafatı Vahid Mürsəliyevə “Avropa Nəşr Mətbuat Evi” –nin rəhbəri, Əlyazmalar İnstitutunun elmi işçisi, Qarabağ Müharibəsi veteranı, jurnalist və yazıçı Şöhrət Səlimbəyli təqdim edib.
Ş. Səlimbəyli Azercell-in Azərbaycanın rabitə sektorunun inkişafına verdiyi töhfələrdən, həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətindən söz açıb. Vahid Mürsəliyev də öz növbəsində mükafata layiq görüldüyünə görə, Şöhrət Səlimbəyliyə öz minnətdarlığını bildirib:
“Azercell fəaliyyətə başladığı gündən abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərməyi qarşısına məqsəd qoyub. Bu 21 il ərzində biz hər zaman müştəri məmnuniyyətini üstün tutduq və bu keyfiyyətimiz bizi Azərbaycan rabitə bazarının lider mobil operatoru etdi. Təqdim etdiyiniz bu mükafatda 4,5 milyonluq abunəçiyə xidmət göstərən bütün Azercell ailəsinin payı var”.
Məlumat üçün bildirək ki, “Avropa Nəşr Mətbuat Evi”nin mükafatçıları sırasında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev; Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gövhər Rasizadə, “Respublika” qəzetinin baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədov, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsinin müdiri, Coğrafiya elmləri üzrə fəlsəfə doktoru Xəyyam Rəhimov, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin dekanı, texnika üzrə elmlər doktoru Cavanşir Zeynalov və digər tanınmış elm və mədəniyyət xadimləri var.
Qeyd edək ki, Vahid Mürsəliyev 2015-ci ildən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edilib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru və Birləşmiş Millətlər Təşkilatı nəzdində fəaliyyət göstərən Beynəlxalq Rabitə Akademiyasının akademikdir. O, “Azercell Telekom” MMC-nin prezidenti kimi həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Onların arasında “The Business Year” dərgisindən “İlin şirkət rəhbəri” titulunu da xüsusi vurğulamaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
2 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
-
2 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
2 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
3 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
Ən çox oxunanlar
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü
262 manata məhsulu sığortaladı – 8801 manat sığorta ödənişi aldı!




















