PAŞA Bank SIBOS 2017 beynəlxalq forumunda iştirak edib

Kanadanın Toronto şəhərində keçirilən miqyaslı beynəlxalq maliyyə forumu SIBOS 2017 işini 19 oktyabr tarixində başa çatdırır.
Hər il keçirilən tədbir çərçivəsində aparıcı maliyyə təşkilatları və korporasiyaları, maliyyə sektoru üçün avadanlıq istehsal edən müəssisələr, proqram təminatı tərtibatçıları, müstəqil məsləhətçilər ilə təmsil olunan konfrans və ixtisaslı bank texnologiyaları sərgisi də təşkil olunur. Ötən illərdə olduğu kimi PAŞA Bank tədbirdə təkcə Azərbaycandan deyil, həm də bütün regiondan yeganə eksponent bank qismində çıxış edir.
Bu il "Building for the Future" adı altında təşkil edilmiş konfrans bankçılıq, komplayens, qiymətli kağızlar və yeni texnologiyalar kimi 4 əsas tematik mövzular ətrafında qurulmuşdur. İştirakçılar maliyyə sektorunun inkişafı ilə bağlı geniş çeşidli mövzuları, o cümlədən maliyyə texnologiyalarının (Fintech) tətbiqi fonunda bank seqmentinin inkişafı, maliyyə əməliyyatlarının təhlükəsizliyinin təminatı, o cümlədən potensial kiber təhdidlərdən və mümkün mənfi nəticələrdən müdafiə kimi məsələləri müzakirə etmişdir. Konfransda çıxış edənlər və iştirakçılar qlobal maliyyə sənayesinin gələcəyi, o cümlədən pul və qiymətli kağızlar bazarlarında blokçeyn əməliyyatlarının perspektivləri, qlobal miqyasda ödəniş proseslərinin yaradılmasında yeni yanaşmalar və digər aktual mövzuların müzakirə edilməsinə xüsusi diqqət yetirmişdir.
PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, SIBOS forumu iş icması tərəfindən sadəcə konfrans və nailiyyətlərin sərgisi kimi deyil, həmçinin maliyyə sektorunun inkişaf strategiyasının və qlobal perspektivlərinin müəyyən edildiyi peşəkar, eləcə də çox-şaxəli biznes platforması kimi qəbul edilir.
“Maliyyə mühiti sürətlə dəyişir. PAŞA Bank olaraq biz bu aspekti gözəl dərk edirik və bunu nəzərə alaraq rəqəmsal bank modelinin təqdim edilməsi üçün böyük hazırlıq işləri görürük. Rəqəmsal bank modelinə keçidi biz 2018-2020-ci illəri əhatə edən yeni İnkişaf strategiyamız çərçivəsində həyata keçirməyi planlaşdırırıq. İş dünyasının gələcəyinin formalaşdığı belə bir mötəbər tədbirdə biz Azərbaycandan və regiondan yeganə eksponent bank olaraq iştirak edirik və aparıcı maliyyə institutlarının təcrübələrini mənimsəməyi və öz əməliyyat bazarlarımızda daha təkmil biznes yanaşmalarını təqdim etməyi hədəfləyirik”, - deyə T.Kazımov fikrini yekunlaşdırdı.
Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya cəmiyyəti (SWIFT) tərəfindən təşkil olunan SİBOS forum-sərgisində PAŞA Bank ardıcıl olaraq 8 ildir ki, iştirak edir. Növbəti il Forumun Avstraliyanın Sidney şəhərində keçirilməsi nəzərdə tutulur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
8 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
8 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
