Bu il Göyçayda 40-50 min ton nar gözlənilir - BAYRAMDAN FOTOLAR
Bu gün “Nar” brendinin sahibi “Azerfon” şirkəti “Nar Bayramı” münasibətilə jurnalistlərin Göyçaya səfərini təşkil edib.
"Marja"nın məlumatına görə, alim aqranom, Dövlət Fitosanitar Nəzarəti Xidmərtinin Göyçay rayon üzrə nümayəndəsi, Bitki Mühafizəsi Mərkəzinin rəsi Nazir Məmmədov jurnalistlərə bildirib ki, Göyçayda 3000 hektara yaxın nar bağı var, onlardan 2500 hektarı barverəndir:
“Sövet dövründə Göyçayda nar bağları 5000 min hektara yaxın olub. Torpaq islahatından sonra müəyyən vətəndaşlar narları məhv edib, xurma və taxıl əkiblər. Son vaxtlar isə nara maraq yenidən artıb”.
Nazir Məmmədov bildirib ki, bu il Göyçayda 40-50 min ton nar gözlənilir. Göyçayda 400 ağacdan ibarət bir hektar nar bağından 15-20 ton məhsul əldə etmək mümkündür. Bir ağac orta hesabla 40-50 kq bar verir.
“Göyçayda narın yetişməsi üçün lazım olan torpaq və iqlim şəraiti var, ona görə ən dadlı nar Göyçayda yetişir. Göyçayda yetişən nar, narların şahıdır”,- alim aqronum bildirib.
Nazir Məmmədov əlavə edib ki, son vaxtlar Göyçayda şirin narın bir növü oran tumsuz narın da yetişdirilməsinə başlanılıb: “Ənənəvi narlarda tum olur, bu narda tum demək olar ki, yox dərəcəsindədir”.
Alim əlavə edib ki, nar min bir dərdin dərmanıdır: "Narda bütün lazım olan vitaminlər var. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Qan azlığından şikayət edənlər nar yeməlidirlər. Anginada, xərçəng xəstəliyinin qarşısının alınmasında da nar istifadə olunur. Narın qabığından boyaq maddəsi, tumundan da müxtəlif yağlar alınır".
Qeyd edək ki, bu gün Göyçayda "Nar Bayramı" keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















.jpg)
