Qaçaqmalçılardan "yeni gizlətmə üsulları" - GÖMRÜK TƏƏCCÜBLƏNİR

Son vaxtlar ölkənin gömrük ərazisinə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdlərin artması müşahidə olunur.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda deyilir ki, yəqin, bəzi işbazlar Yeni il "atəşfəşanlığı" üçün indidən "tədarük" görürlər. Qaçaqmalçılar, eyni zamanda, böyük bir canfəşanlıqla sözügedən malları nəyin bahasına olursa olsun ölkə ərazisinə gətirməyə cəhd edirlər. Lakin onlar öz məqsədləri üçün ən müxtəlif üsullarla gömrük nəzarətindən yayınmağa çalışsalar da, gömrük əməkdaşları pirotexniki məmulatı aşkara çıxarır, ölkə ərazisinə gətirilməsinə yol vermirlər.
Adətən minik avtomobillərində aşkar edilən bu mallar nəqliyyat vasitəsinin yük bölümündə, qapılarında, oturacaqlarında, qaz balonunun və ya yanacaq çəninin içərisində və digər xüsusi düzəldilmiş saxlanc yerlərində gizlədilir. Lakin gömrük əməkdaşlarının son günlər qaçaqmalçıların "yeni gizlətmə üsulları" ilə bağlı qeydə aldıqları faktlar xüsusilə təəccüb doğurub.
Artıq işbazlar ağlasığmaz yollara əl atır, sözügedən təhlükəli malları elə təhlükəli üsullarla gömrük nəzarətindən gizlətməyə səy göstərirlər. Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı, avtomobilin hətta hərəkətdə olan təkərlərindəki şinlərin içərisində 3840 ədəd "SFA-100 M50" markalı pirotexniki vasitənin aşkara çıxması barədə məlumat vermişdik. Lakin, demə, bu fakt təsadüf deyilmiş.
Belə ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda daha bir oxşar fakt qeydə alınıb. Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı, avtomobilin hərəkətdə olan təkərlərində 47 qutu "Super Blitz", 14 qutu "Silver Cracker", 4 qutu "Petardy", 2 qutu "Big Silver Cracker" markalı pirotexniki vasitələr aşkar edilib.
Görünür, gömrük əməkdaşları qaçaqmalçıların bütün gizlinlərini aşkara çıxardıqca, onlar da daha gizlin üsullarla vəziyyətdən çıxacaqlarını düşünürlər. Amma işbazlar unudurlar ki, bu gün ən müasir yoxlama avadanlıqları ilə təchiz edilən gömrük orqanları gömrük nəzarətindən gizli keçirilməsinə cəhd göstərilən bütün malları aşkara çıxarmaq imkanına malikdir.
Xatırladaq ki, aşkar edilən pirotexniki vasitələr yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan vura bilər. Bununla belə, partlayıcı xassəyə malik bu predmetləri avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla digər insanın həyatını təhlükə altında qoymaq deməkdir.
Dövlət Gömrük Komitəsi nəzərə çatdırır ki, bu faktlar təkcə inzibati deyil, eyni zamanda, cinayət məsuliyyəti yaradan hallardır.
Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, belə hallara yol verən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
10 d. əvvəl
Aqrar Sığorta Fondu üzüm sahələri üzrə 168 min manat sığorta ödənişi edib
-
15 d. əvvəl
AFB Bank müştərilərinə tam onlayn – “Başdan Başa” kredit layihəsini təqdim edir
-
33 d. əvvəl
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
-
58 d. əvvəl
Hökumətin 2026- 2029-cu illər üzrə dollar/manat proqnozu məlum oldu
-
58 d. əvvəl
Azərbaycanda inflyasiyanın tədricən azalacağı proqnozu verilib
-
1 saat əvvəl
2029-un sonunadək Azərbaycan iqtisadiyyatının həcminin 100 milyard dollara çatmayacağı gözlənilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın dövlət borcu üzrə xidmət xərclərinin 2 dəfəyə yaxın artacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər

Azərbaycanda inflyasiyanın tədricən azalacağı proqnozu verilib

Sentyabrın 17-də gözlənilən hava şəraiti

Azərbaycanın dövlət borcu üzrə xidmət xərclərinin 2 dəfəyə yaxın artacağı gözlənilir
Ən çox oxunanlar

Azərbaycan və Qazaxıstan ikiqat vergitutmanın aradan qaldırılması üçün danışıqlar aparır

Bakıda və regionlarda leysan olacaq

“Meqa Sığorta” yeni onlayn sığorta mağazasını istifadəyə verdi

"Avropa Rusiyanın neftini alan ölkələrə tətbiq edərsə, Ukrayna münaqişəsi 2-3 ay ərzində başa çata bilər"

Əliyev Ərəb Əmirliklərinin Prezidentini Füzulidə qarşılayıb

Naxçıvanda verilmiş icazələrin sayı 2,2 dəfə artıb

Azərbaycan dövləti 2026-2029-cu illərdə borcunu 6,6 milyard manat artırmağı nəzərdə tutur
