Naftalanda yeni otel istifadəyə veriləcək
Yeni oteldə 55 nəfər daimi işlə təmin ediləcək
Naftalan şəhərində on birinci istirahət-sağlamlıq mərkəzinin təmir-tikinti və yenidənqurma işlərinə başlanılıb.
Bu barədə Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması məqsədilə Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası çərçivəsində Naftalan şəhərində mühüm tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu məqsədlə iqtisadiyyatının əsasını turizm sektorundan gələn gəlirlər təşkil edən Naftalanda turizm fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlara həm münbit şərait yaradılıb, həm də son illər beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən şəhərin infrastrukturu yenidən qurulub.
Qeyd edilib ki, 2017-ci ilin iyulunda fərdi sahibkar tərəfindən köhnə Naftalan mehmanxanasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Hazırda əsaslı təmir və yenidənqurma prosesinin davam etdiyi binada tikinti işləri “AM.M. LİNE” MMC tərəfindən həyata keçirilir. Ümumi sahəsi 4 min 71 kvadratmetr olan “Naftalan Inn otel and SPA” 10 mərtəbədən, 81 otaqdan ibarətdir. 2018-ci ilin noyabrında istifadəyə veriləcək oteldə 55 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Naftalanın mərkəzində yerləşən oteldə yenidənqurma işləri yekunlaşdıqdan sonra bina həm də özünün müasir görkəmi ilə şəhərin ümumi görünüşünə xüsusi gözəllik bəxş edəcək.
Son illərin statistikası göstərir ki, Naftalan nefti ilə müalicə olunmaq və ya istirahət etmək üçün şəhərə gələn yerli və xarici turistlərin sayı ildən-ilə artır. Hazırda Naftalanda fəaliyyət göstərən üç və beşulduzlu 10 sanatoriya, istirahət və müalicə mərkəzinin hamısı turistlərlə doludur. Müalicə və istirahət, eləcə də əyləncə üçün yüksək şəraitin yaradıldığı bu turizm mərkəzlərində gün ərzində 2200 qonağı qarşılamaq və onlara xidmət göstərmək mümkündür.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
13 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















