Avropada "zombi şirkətlərə" dair narahatlıqlar artır
Bəzi şirkətlərin uzun zaman əvvəl bağlanmış olması lazım olmasına baxmayaraq, hələ də ayaqda durmaları, bu şirkətlərə "təzə qan vurulması" ilə əlaqədardır.
"Marja" xəbər verir ki, Avropalı rəsmilər "zombi" şirkətlərdən narahatdırlar.
Rəsmilərin narahatçılıqları, sözügedən "zombi" şirkətlərin, daha məhsuldar şirkətlərə veriləcək olan sərmayəni "istehlak" etmələridir. Yəni, kreditlər ölü şirkətlərə verilməkdənsə, potensialı olan şirkətlərə ayrılmalıdır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən yeni bir araşdırma, bankların, "zombi" şirkətlərin genişlənməsini necə dəstəklədiyini göstərir. OECD-nin araşdırması zəif şirkətlərin zəif banklarla iş meylində olduğuna işarə edir.
Qurumun araşdırmasına görə, banklar şirkətlərin borcunu nəzarətə götürmək və balans xaricinə çıxararaq silmək əvəzinə, yenidən maliyyələşdirir və iflas etmiş kreditləri restruturizasiya etməyə üstünlük verirlər.
Araşdırma, Avropa Mərkəzi Bankının (AMB) Avro Bölgəsindəki probelmli kreditləri azaltmaq səylərini artırmasının vacibliyinə diqqəti çəkir.
"ZOMBİ" ŞİRKƏT NƏDİR?
Böyük ümidlərlə yaradılan, çox uğurlu olub qısa müddətdə böyük pullar qazandıracağı gözlənilən bəzi şirkətlər, qısa müddətdə faktiki olaraq ölü şirkətlərə çevrilir. Bunlar iflas da etmir, bağlanmır da, ölü halları ilə kağız üzərində "yaşayırlar". Belə şirkətlərin vəziyyətini anlatmaq üçün yeni bir anlayış tapılıb. Bu cür şirkətlərə "zombi" şirkətlər deyilir.
"Zombi" şirkətlər, daha çox internet və rəqəmsal sahədə olurlar. Hazırda Silikon Vadisinin bu cür şirkətlərlə dolu olduğu və vadinin bu "zombi"lər səbəbindən haradasa bir yaşayan ölülər vadisinə çevrildiyi də deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 44 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
- 52 d. əvvəl
- 56 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)









.jpg)







