Bitkoin İlon Maska məxsusdur? - ŞOK İDDİA
“Bitkoinin yaradılmasının arxasında milyarder İlon Mask (Elon Musk) dayanır, Satoşi Nakamoto psevdoniminin arxasında gizlənən məhz odur”.
“Cryptocoinsnews”ın verdiyi məlumata görə, bu barədə İ. Maskın rəhbərlik etdiyi “SpaceX” şirkətinin sabiq əməkdaşı Sahil Qupta bildirib. O deyib ki, İ. Mask bitkoinin yaradılmasında istifadə olunan “C + +” proqram dilinə yaxşı bələddir.
S. Qupta xatırladıb ki, İ. Maskda qlobal problemləri həll etmək ehtirası var və bitkoin məhz 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranı zamanı yaradılıb. Sonda sabiq əməkdaş qeyd edib ki, İ. Maskın hazırda bitkoindən gələn gəlirə ehtiyacı yoxdur. Belə ki, bitkoin satışa çıxarılsa, ondan 8 milyard dollara yaxın pul qazanmaq olar, bu isə İ. Maskın rəsmi varidatından (19,7 milyard $) iki dəfədən də çox azdır.
Lakin “Cryptocoinsnews” buna qarşı bəzi əks-arqumentlər irəli sürüb. Belə ki, 2008-ci il “SpaceX” və “Tesla” üçün ən neqativ illərdən biri olub və İ. Mask həmin zaman diqqətini başqa layihəyə cəmləşdirə bilməzdi. Bundan başqa, İ. Mask jurnalistlərin diqqət mərkəzindədir və hər addımı izlənilir.
Qeyd edək ki, bitkoin kriptovalyutasını 2009-cu ildə Satoşi Nakamata nikli şəxs və ya şəxslər yaradıb. Onun (və ya onların) kimliyi hələ də bəlli deyil.
© Lent.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
-
- 6 d. əvvəl
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 29 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Ən çox oxunanlar
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb






.jpg)









.jpg)









