Bakıda Lənkəran istehsalı adı ilə 8 manata banan satılır
Bakıda “Fresco” supermarketində 1 kiloqramı 7 manat 79 qəpiyə banan satılır. Bu banan digərlərindən ölçüsünün kiçikliyi, qiymətinin baha olması ilə fərqlənir, dadında isə heç bir fərq yoxdur.
Nərimanov rayonu Aşıq Alı küçəsi ünvanında yerləşən “Fresco” supermarketində bananın ölçüsünün kiçik, qiymətinin baha olmasının səbəbi soruşulub. Mağaza təmsilçiləri bahalığı və ölçüsünün kiçikliyini meyvənin yerli - Lənkəranda istehsal olunması ilə əlaqələndiriblər.
Lənkəran Şəhər Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tofiq Rzayev məsələ ilə bağlı açıqlama verib.
İdarə rəsmisi satışa çıxarılan “mini banan”ın Lənkəran istehsalı olmasını qətiyyən qəbul etmir:
“Azərbaycanda 9 iqlim qurşağı var. Lənkəranda rütubətli subtropik iqlim qurşağıdır. Banan tropik bitkidir. Lənkərana banan ağacları gətirilib, sakinlər öz həyət-bacasında əkir. Amma bananın Lənkəranda kütləvi əkin sahəsi yoxdur. Qaldı ki, onun bar verməsinə, bu absurddur. Kimsə deyirsə ki, Azərbaycanda kütləvi şəkildə banan bağları, plantasiyaları var, bu, yalandır. Kimsə həyətində əkibsə belə, o bar vermir, yetişmir. Banan ağacı çox hündür olur, bizim iqlim tipində ağacların o səviyyədə ucalması, meyvə gətirməsi mümkün deyil. Kimsə deyirsə ki, Lənkəran istehsalıdır, yalan deyir, inandırıcı deyil”.
T. Rzayev qeyd edib ki, Lənkəran kənd təsərrüfatı idarəsi olaraq belə bitkinin yetişib satışa çıxarılması barədə məlumatsızdır:
“Çünki o bitki bizim rayonda yetişmir. Kivi deyilsə, deyərəm bəli. Lənkəranda kivi yetişdirilir. Yerli bazara da çıxarılır, Rusiyaya da ixrac olunur. Amma banan yetişdirilmir”.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
























